"Əminliklə deyə bilərəm ki, Kapital Bank-ı müştəri yönümlü bir bank adlandırmaq olar"
"Əminliklə deyə bilərəm ki, Kapital Bank-ı müştəri yönümlü bir bank adlandırmaq olar"
Bunu Marja-ya Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bildirib.
Hüseynov, "Bankın hər yeni xidməti və məhsulu müştərinin səsini eşidərək işlənib hazırlanır və istifadəyə verilir" deyərək belə davam edib:
"Yeniliklər tətbiq olunduqdan sonra mütləq qaydada müştərilərin rəyləri nəzərdən keçirilir, qarşıya çıxan çətinliklər aradan qaldırılır, lazımdırsa məhsul və xidmətlərə dəyişikliklər olunur və onlar müştərilərin ixtiyarına təkrar verilir. Lakin bu o demək deyil ki, biz bu sahədə bütün işləri görmüşük. Daimi inkişaf müştəri məmnuniyyətinin əsasıdır. Bunun üçün həm infrastruktur, həm keyfiyyət, həm xidmət və həm də proses tərəfdən davamlı təkmilləşdirmə işləri aparılacaqdır".
Fərid Hüseynov deyib ki, Bankın cari strateji dövrü bitmək üzrədir və növbəti strateji dövr üçün strategiya hazırlanır:
"Bizim 2024-2026-cı illər üçün strategiyamızın mərkəzində məhz müştəri məmnuniyyəti və rahat müştəri təcrübəsi dayanıb. Belə ki, biz təklif etdiyimiz xidmətləri müştəriyə dəyər yaradacaq şəkildə, tam stabil və əlçatan olmasını təmin etməyi özümüzə əsas prioritet kimi götürmüşük. Buna nail ola bilmək üçün artıq bir neçə ildir ki, biz dataya, yəni məlumatlara əsaslanan biznesin qurulması istiqamətində çalışırıq. Müvafiq infrastruktur yaradırıq və data sahəsinə ciddi investisiyalar edirik. 2024–2026-cı illəri əhatə edən növbəti strateji dövrdə də bu istiqamətdə daha təkmil və kompleks tədbirlər görəcəyik. Pərakəndə sektorla yanaşı, KOS və mikro istiqamətlərində xidmətlərin data əsaslı olmasını və maksimum rəqəmsallaşmasını təmin edəcəyik".
Həmçinin oxu
Kapital Bank-ın yeni sədrilə MÜSAHİBƏMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















