Toyota-nın qlobal satışları iyulda rekord qırıb
Yapon avtomobil istehsalçısı Toyota Motor, qlobal satışların iyulda rekord səviyyəyə çatdığını, keçən ilin eyni ayına nisbətən təxminən 8 faiz artdığını bildirib.Toyota iyul ayı avtomobil satış məlumatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, Toyota Motor-un qlobal avtomobil satışları iyul ayında keçən ilin eyni ayı ilə müqayisədə 7,8 faiz artaraq 859 min 506 ədədə çataraq rekord qırıb. Hino Motors və Daihatsu markalarını da daxil etdikdə Toyota-nın iyul ayında satışları 5,2 faiz artaraq 918 min 345-ə çatıb.
Toyota iyul ayında qlobal istehsalını yüksək səviyyədə saxlayıb və illik müqayisədə 14,6% artaraq 809 min 400 avtomobilə çatıb.
Toyota-nın yanvar-iyul dövründə qlobal satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 5 milyon 797 min 140 ədəd təşkil edib.
Digər tərəfdən Toyota Motor istehsal sistemində yaranan nasazlıq səbəbindən dünən Yaponiyadakı bütün montaj zavodlarında fəaliyyətini müvəqqəti olaraq dayandırmalı olub. Bu gün istehsal yenidən bərpa olunub. Bu hadisənin Avqust ayı istehsal rəqəminə təsir edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























