Ötən il xalis mənfəətini 59 dəfə artıran bank
“Unibank” KB ASC 2023-cü ili 32 milyon 931 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 557 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Unibank"ın xalis mənfəəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 32 milyon 373 min manat və ya 59,2 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin (xərcin) azalmasından qaynaqlanır.
CƏMİ GƏLİRLƏRİ 300 MİLYON MANATI AŞIB
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə “Unibank” cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 319 milyon 151 manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 244 milyon 53 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 75 milyon 97 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 33 milyon 591 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 8 milyon 576 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə “Unibank”ın cəmi əməliyyat gəlirləri 232 milyon 637 min manat, cəmi əməliyyat xərcləri 208 milyon 123 min manat, əməliyyat mənfəəti 24 milyon 513 min manat, ehtiyata ayrılan vəsait 23 milyon 564 min manat, ödənilən mənfəət vergisi 392 min manat təşkil etmişdi.
Ötən il "Unibank"ın cəmi əməliyyat gəlirlərinin 86 milyon 514 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 35 milyon 930 min manat artıb. Cəmi gəlirlər cəmi xərclərdən daha çox artdığı üçün, keçən il Bankın əməliyyat mənfəəti 50 milyon 584 min manat daha çox olub.
KREDİT PORTFELİ 1 MİLYARD MANATI KEÇİB
2023-cü ildə "Unibank"ın cəmi aktivləri 150 milyon 15 min manat və ya 10,4% artaraq 1 milyard 590 milyon 659 min manata çatıb. Bankın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 158 milyon 148 min manat və ya 17,8% artaraq 1 milyard 47 milyon 741 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 80 milyon 400 min manat artaraq 627 milyon 606 min manata, biznes kreditləri portfeli 55 milyon 72 min manat artaraq 329 milyon 397 min manata, ipoteka kreditləri portfeli 22 milyon 676 min manat artaraq 90 milyon 738 min manata çatıb.
BANKDA DEPOZİTLƏR ARTIB
Keçən il "Unibank"da cəmi depozitlər 226 milyon 147 min manat artaraq 1 milyard 215 milyon 892 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 169 milyon 924 min manat artaraq 941 milyon 280 min manata, hüquqi şəxslərin depozitləri 56 milyon 224 min manat artaraq 274 milyon 612 min manata qalxıb.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "Unibank" 160 milyon 122 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 127 milyon 609 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 16 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
3 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
3 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Ən çox oxunanlar
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti






.jpg)
.jpg)



.jpg)







