FED faizlərini sabit saxlayıb
Amerika Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faizlərini dəyişməyərək 5,25-5,50 faiz səviyyəsində sabit saxlayıb.
Marja.az xəbər verir ki, iqtisadçıların proqnozu da faiz dərəcələrinin bu diapazonda sabit qalması idi.
Qərar yekdilliklə qəbul edilib.
FED yaydığı açıqlamasında, "Son aylarda komitənin 2 faizlik inflyasiya hədəfinə doğru irəliləyiş olmadı" bildirilir.
Bu bəyanat dekabr ayında inflyasiyanın "son bir il ərzində azaldığı, lakin yüksək olaraq qaldığı" ifadəsinə əlavə olaraq diqqət çəkib.
Açıqlamada başqa bir dəyişiklikdə, FED, məşğulluq və inflyasiya hədəflərinə çatmaq üçün risklərin "son bir il ərzində daha yaxşı tarazlığa doğru irəlilədiyini" bildirib və keçmiş zamanda irəliləyişi qeyd edib. Əvvəlki açıqlamada hədəflərin “daha yaxşı tarazlığa doğru irəlilədiyi” bildirilmişdi.
FED rəsmiləri faiz dərəcələrini yenidən artırmağı düşünəcəkləri barədə siqnal verməkdən çəkiniblər.
2023-cü ilin son aylarında qiymət təzyiqləri sürətlə azalsa da, FED-in 2 faizlik inflyasiya hədəfinə doğru geriləmə 2024-cü ildə dayanıb.
İnflyasiyada sürətlənmə baş verərkən, iqtisadiyyat güclü əmək bazarı, sabit istehlak və investisiya sayəsində genişlənməyə davam edir.
Açıqlamada FED aşağı işsizlik nisbəti ilə məşğulluq artımının "güclü olaraq qaldığını" və iqtisadiyyatın "sabit templə" genişləndiyi təkrarlanıb.
Qərardan sonra FED sədri Jerome Powell tərəfindən verilən mesajlar qorxulduğu qədər "şahin" olmayın. Powell, FED-in faizləri artırması ehtimalının gündəmdə olmadığını qəbul etsə də, faiz endiriminin vaxtı ilə bağlı məlumatları izləyəcəklərini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)





