Çindən rekord xarici kapital axını
Xarici investorlar, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinə qarşı bədbinlik səbəbindən aprel-iyun dövründə ölkədən rekord kapital axını həyata keçiriblər.Çinin Milli Xarici Valyuta Administrasiyasının (SAFE) məlumatlarına görə, Çinin tədiyə balansında birbaşa investisiya öhdəlikləri ikinci rübdə təxminən 15 milyard dollar azalaraq ikinci dəfə mənfi olub.
Birbaşa investisiyalar ilk 6 ayda təxminən 5 milyard dollar azalıb.
Əgər azalma ilin qalan hissəsində də davam edərsə, bu, məlumatların saxlanmağa başlandığı 1990-cı ildən bəri ilk illik xalis axın olacaq.
2021-ci ildə rekord həddə - 344 milyard dollara yüksələn xarici investisiyalar son illərdə azalıb. İqtisadiyyatın yavaşlaması və artan geosiyasi gərginlik bəzi şirkətlərin mövqelərini azaltmasına səbəb olub. Ölkədə elektrikli nəqliyyat vasitələrinə sürətli keçidə bəzi avtomobil şirkətləri hazırlıqsız olub və şirkətlər investisiyalarını azaltmağa qərar veriblər.
Çin Ticarət Nazirliyinin daha əvvəl açıqladığı məlumatlar, ilin birinci yarısında yeni birbaşa investisiyaların pandemiyanın başladığı 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşdüyünü göstərib
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















