Sualları 100% cavablandırıb
Abunəçilərinə göstərdiyi keyfiyyətli xidmət ilə rabitə bazarının lider mobil operatoru adını qazanan Azercell 4,5 milyonluq abunəçi ailəsinin etimadını doğrultmağa davam edir.
Şirkətin Müştəri Xidmətləri təmsilçiləri sosial şəbəkələrdə də abunəçilərinə yüksək xidməti ilə seçilir. Təsadüfi deyil ki, Azercell 2017-ci ilin ikinci rübündə də rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandırıb. Gün ərzində abunəçilərin ünvanladığı çoxsaylı sualları operativ şəkildə cavablandırdığına görə Azercell növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb.
Regionda ilk dəfə olaraq məhz Azercell öz Facebook səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırır və vaxtlarına qənaət etmiş olurlar.
Azercell bu uğuru Twitter sosial şəbəkəsində də təkrarlayıb və 2017-ci ilin ikinci rübü üçün 81% nəticə ilə bütün rəqiblərini geridə qoyub. Azərbaycanda mobil operatorlar arasında yalnız Azercell bu uğura imza atıb. Məlumat üçün bildirək ki, şirkət ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə Twitter rəsmi “verified” (təsdiqlənmiş) statusunu alıb. Hal-hazırda Azercell-in Twitter-də 110 000 artıq izləyicisi var və bu göstəriciyə görə də Azercell Azərbaycandakı şirkətlər və mobil operatorlar arasında birincidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
38 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 41 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























