“INNOSTART” hakatonları ilə gələcəyin startapları formalaşır
İlin ekosistem oyunçusu qaldığı yerdən davam edir! INNOSTART proqramının 2 hakatonu baş tutub, qaliblər müəyyən olunub.(®) 25-26 yanvar 2025-ci il tarixlərində Naxçıvan və Sumqayıt şəhərlərində eyni anda iki genişmiqyaslı hakaton baş tutub. 100-dən çox gənc iştirakçı innovativ ideyaları ilə yarışaraq, ən kreativ və perspektivli həlləri təqdim edib.
Sumqayıt Hakatonu
Şimal bölgələri, Abşeron və Sumqayıtdan olan 17 komanda arasında gərgin mübarizə aparılıb.
Qalib komandalar:
• İzPay Offline – Yeni nəsil ödəniş sistemi
• StartApp – Startapçıları bir araya gətirən dəstək icması və tətbiqi
• İdeaLab – Səhiyyə sektorunda rəqəmsal tibbi köməkçi
Naxçıvan Hakatonu
Naxçıvanda keçirilən hakatonda 11 komanda iştirak edib.
İlk üç yerin qalibləri:
• Sepcdeaf – Eşitmə məhdudiyyəti olan şəxslər üçün səsi yazıya çevirən, eynəyə montaj edilən qurğu
• OnePharm – Elektron resept və apteklərdən onlayn çatdırılma platforması
• SafeOrbit – Oyun oynayaraq proqramlaşdırma öyrədən platforma
İnkubasiya Proqramına Seçim və Yeni İmkanlar
Hər iki bölgədən ilk üç yeri tutan komandalar və jüri tərəfindən seçilən dördüncü komanda öz ideyalarını daha da inkişaf etdirmək və startap modelinə uyğunlaşdırmaq üçün INNOSTART İnkubasiya Proqramına qatılmaq imkanı əldə edib.
Qaliblər Üçün Mükafatlar
Hər iki hakatonda fərqlənən komandalar aşağıdakı mükafatlarla təltif olunub:
• 1-ci yer – 3 000 AZN
• 2-ci yer – 1 500 AZN
• 3-cü yer – 500 AZN
INNOSTART – Startap Ekosisteminin İnkişafına Dəstək
SUP.VC-nin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyata keçirilən INNOSTART, bölgələrdə startap ekosistemini inkişaf etdirməyə yönəlmiş genişmiqyaslı proqramdır. Hakaton iştirakçıları üçün bu yarış yalnız bir müsabiqə deyil, həm də innovativ həllərin real bazara çıxarılması üçün mühüm bir addımdır.
Bu tədbir ölkədə startap mühitinin inkişafı, gənclərin texnologiya sahəsində fəaliyyətə təşviqi və innovativ həllərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















