"Mərkəzi Klinika" əmlakını və mülki məsuliyyətini sığorta etdirir
"Mərkəzi Klinika" MMC 2025-ci üçün klinikanın əmlakının və 3-cü şəxslər qarşısındakı mülki məsuliyyətinin sığortası üzrə açıq tender elan edib.
Tender 5 Lot üzrə keçiriləcəkdir:
Lot-1. "Mərkəzi Klinika" MMC-nin Binaları üzrə (icbari sığorta);
Lot-2. "Mərkəzi Klinika" MMC-nin Manual-tibbi avadanlıqları üzrə;
Lot-3. "Mərkəzi Klinika" MMC-nin Elektron cihazları üzrə;
Lot-4. "Mərkəzi Klinika" MMC-nin Nəqliyyat vasitələrinin kompleks sığortası üzrə;
Lot-5. "Mərkəzi Klinika" MMC-nin 3-cü şəxslər qarşısındakı Mülki məsuliyyəti üzrə;
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. Tenderdə iştirak etmək istəyən iddiaçılar lotlar üzrə aşağıda göstərilən ümumi iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı ş., Parlament prospekti-76 ünvanından - "Mərkəzi Klinika" MMC-nin Hüquq Şöbəsinə müraciət edərək əldə edə bilərlər.
İştirak haqqı ümumilikdə 200 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
a) tenderdə iştirak etmək üçün yazılı müraciət,
b) hüquqi statusu təsdiq edən sənədlər - nizamnamə,
c) şəhadətnamə və lisenziyanın surəti,
d) tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi,
ç) tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır),
e) təklifin 1%-i məbləğində bank tərəfindən verilmiş təklif təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır),
f) iddiaçının son bir illik maliyyə vəziyyəti barədə məlumat.
j) iddiaçının vergi borcunun olub-olmaması barədə məlumat.
Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17.03.2025-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 01.04.2025-ci il saat 17:00-a qədər Bakı şəhəri, Parlament pr.-76 ünvanında yerləşən "Mərkəzi Klinika" MMC-nin Hüquq Şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 12.04.2025-ci il tarixdə saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: a) Azərbaycan Respublikası qanunvericiliyinə uyğunluq; b) Səmərəlilik; c) Maliyyə və texniki imkanlar; d) Xidmət keyfiyyəti.
"Mərkəzi Klinika" MMC-nin Tender Komissiyası.
Əlaqələndirici şəxs: Xəlilov Firudin Ələsgər oğlu
Tel.: (+994012) 492-10-92
(Daxili: 12 11), (+99450) 7724303
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
-
27 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 31 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı















.jpg)








