Qızılın qiymətində yeni rekord
İnvestorlar "təhlükəsiz sığınacaq" hesab olunan qızıla üz tutduqca, sarı metalın qiyməti 3200 dolları keçərək rekord qırıb.Tariflərin (gömrük rüsumlarının) qlobal iqtisadiyyata təsiri ilə bağlı artan narahatlıqlar fonunda investorlar təhlükəsiz "sığınacaqlara" axın etdikcə qızılın qiyməti bir unsiya üçün 3200 dolları keçərək rekord həddə çatıb.
Marja.az xəbər verir ki, cümə günü erkən Asiya ticarətində külçə qızıl 1,4 faiz də bahalaşaraq 3219,48 dollara çatıb. Qızıl son 2 gündə 3%-dən çox dəyər qazanıb.
Qızılın "təhlükəsiz sığınacaq" xüsusiyyəti bu həftə də gündəmə gəlib. Bu bahalaşma əsasən ABŞ Prezidenti Donald Trampın tarifləri (gömrük rüsumları) ilə əlaqədardır. Qeyri-müəyyənlik və risklər davam edir, Trampın onlarla ticarət tərəfdaşı ölkə üçün daha yüksək tariflərə 90 günlük fasilə elan etməsinə baxmayaraq, Çindən idxal üzrə tariflər ən azı 145%-ə yüksələcək.
Analitiklər bildirirb: “Görünməmiş ticarət gərginliyi ABŞ dollarına inamsızlığı və təhlükəsiz aktivlərə tələbi artırdığından, hazırda qızıl bazarda ən yaxşı aktivdir”.
Ağ Evin İqtisadi Şurasının direktoru Kevin Hassett, ABŞ-ın iqtisadi tərəfdaşları ilə danışıqlarda "yaxşı irəliləyiş" əldə etdiyini, lakin 90 günlük müddət bitmədən ticarət razılaşmasının əldə olunacağına şübhələrin artdığını söyləyib.
Mərkəzi bankların alışları və ABŞ Federal Ehtiyat Sisteminin daha da monetar yumşaltma tətbiq edəcəyinə dair gözləntilər də qızılın bu il 20 faizdən çox artmasına təkan verib. Cümə axşamı açıqlanan məlumatlar ABŞ-da əsas inflyasiyanın mart ayında geniş şəkildə "soyuduğunu" göstərib. Bu məlumatlardan sonra qlobal bazarlar ilin sonuna qədər üç faiz endirimi gözləməyə başlayıblar; Dördüncü endirim ehtimalı da masadadır. Aşağı faiz dərəcəsi mühiti ümumiyyətlə faiz gətirməyən qızılı dəstəkləyir.
Qızılın həftəlik bahalaşması təxminən 6 faizə çatıb. Bloomberg Dollar Spot İndeksi ardıcıl dördüncü gündür ki, ucuzlaşıb. Gümüş bir qədər ucuzlaşıb, platin və palladium isə bir qədər bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
30 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
51 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























