Avropada qazın qiyməti kəskin düşüb
Tariflər həftəsində Avropada təbii qaz qiymətləri 20 faiz düşüb.Prezidenti Donald Trampın ABŞ-ın ticarət tərəfdaşlarına tariflər (gömrük rüsumları) elan etməsindən sonra artan gərginlik və tariflərin yaradacağı qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqlar fonunda Avropada təbii qaz bir həftə ərzində 20% ucuzlaşıb
Marja xəbər verir ki, Hollandiyada yerləşən virtual təbii qaz ticarət məntəqəsi olan TTF-də təbii qazın meqavat-saat qiyməti aprelin 2-də 41,2 avro səviyyəsində bağlanmışdı.
ABŞ prezidenti Trampın ölkəsi üçün “qurtuluş günü” kimi xarakterizə etdiyi və ticarət tərəfdaşlarına qarşılıqlı tariflər tətbiq etdiyi aprelin 2-dən sonra Avropada qazın qiyməti bir həftə ərzində kəskin düşüb.
Aprelin 3-də Avropada bir meqavat-saat qazın qiyməti 39,2 avro səviyyəsində açılsa da, ucuzlaşma sonra da davam edib.
ABŞ və Çin arasında tarif qarşıdurmasının artan intensivliyi də qiymətlərin enmə tempini sürətləndirib. Belə ki, aprelin 2-dən sonra Avropada qazın qiyməti 20 faiz düşüb. Bu həftənin əvvəlindən qiymətlər 9,2 faiz ucuzlaşıb.
Bu azalma ilə qaz qiymətləri 2024-cü ilin may ayından bəri ən aşağı səviyyəyə enib.
Qlobal iqtisadiyyatda, o cümlədən Çində təbii qaza tələbin potensial zəifləməsi ehtimalı qiymətlərə mənfi təsir edir.
Tariflərdən sonra qlobal iqtisadi tənəzzüllə bağlı proqnozlar və bu tənəzzülün qaza olan tələbatı zəiflədəcəyi ilə bağlı narahatlıqlar qiymətlərin azalmasına təkan verib.
Bundan əlavə, Çinin ABŞ-a qarşı cavab rüsumlarından sonra ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün Çin və Asiyadan daha çox Avropaya yönələ biləcəyinə dair gözləntilər də qaz qiymətlərinin enməsində rol oynayıb.
Digər tərəfdən, Çin və ABŞ arasında tariflərin artmasından sonra Çində iqtisadi artımın yavaşlaması və xüsusilə sənayedə qaz istehlakında azalma tendensiyası Çinin ümumi qaz tələbatı ilə bağlı narahatlıqları artırıb.
ABŞ-ın investisiya bankı Goldman Sachs tariflərin iqtisadi təsirinə görə, Çin iqtisadiyyatı üçün artım proqnozunu bu il 4 faizə, 2026-cı il üçün isə 3,5 faizə endirib. Bank əvvəllər Çin iqtisadiyyatının bu il 4,5 faiz, 2026-cı ildə isə 4 faiz artacağını proqnozlaşdırmışdı.
Sonuncu dəfə, Çinin ABŞ-a qarşı 84 faizlik cavab rüsumunun tətbiqindən sonra, ABŞ Çinə 125 faizlik rüsum tətbiq edib. Dünən ABŞ-ın Çin mallarına tarifi 145%-ə qaldıracağı barədə məlumat yayılıb. İki ölkə arasında “qisasa-qisas” yanaşması qlobal iqtisadiyyat və ticarətlə bağlı qeyri-müəyyənliyi getdikcə artırır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq


















