Naxçıvan şəhərindəki DOST Mərkəzinin tikinti işlərinin 95%-i yekunlaşıb
Naxçıvan Muxtar Respublikasında əhalinin dövlət tərəfindən “bir pəncərə” prinsipi ilə təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqinə rahat çıxışın təmin edilməsi məqsədilə Naxçıvan şəhərində tikilən DOST Mərkəzinin tikintisi işlərinin 95%-i artıq tamamlanıb.
Layihəyə 2023-2025-ci illər üzrə ümumilikdə 2 128 616 manat vəsait ayrılıb ki, bunun da 1 901 268.5 manatı xərclənib.
Həmçinin Muxtar respublikanın rayonlarında da vətəndaşlara “bir pəncərə” prinsipi ilə qeyd olunan xidmətlərin göstərilməsi məqsədilə DOST Filiallarının yaradılması üçün Nazirliyin tabeliyindəki təşkilatların inzibati binalarının əsaslı təmiri işlərinin həyata keçirilməsi istiqamətində qanunvericiliyə uyğun olaraq satınalma işləri həyata keçirilib.
Muxtar respublikada DOST Filiallarının 2025-2026-ci illər ərzində əsaslı təmir olunaraq mərhələli şəkildə fəaliyyətə başlaması nəzərdə tutulmuşdur. Qeyd edilən binaların təmiri işlərinə 2025-ci il üçün 2 milyon manat vəsait ayrılıb və işlərə artıq start verilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
-
1 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
2 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
2 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























