Övladımı kritik xəstəliklərdən necə sığortalaya bilərəm?
Cəmi 30 AZN ödəməklə, övladınızın sağlamlığını 3 il müddətinə 15 000 AZN təminatla sığortalaya bilərsiniz.Valideyn olmaq – qorumaq, dəstək olmaq və gələcəyi düşünmək deməkdir. Bəzən bu vəzifə o qədər emosional olur ki, biz nəyin həqiqətən vacib olduğunu anlamaqda çətinlik çəkirik. Xüsusilə “uşaq üçün həyat sığortası” kimi bir məsələ gündəmə gələndə, çoxları dərhal emosional reaksiya verir: “Uşağa həyat sığortası? Niyə lazım olsun?”
Uşaqların inkişafı valideynlərin əsas prioritetlərindəndir. Lakin ekoloji problemlər, dəyişən həyat tərzi və genetik meyillilik azyaşlılarda kritik xəstəliklərin riskini artırır. DST-nin məlumatına görə, xərçəng və digər kritik xəstəliklər uşaqlarda getdikcə daha erkən yaşlarda müşahidə olunur.
Təəssüf ki, bu xəstəliklərə qarşı müalicə və reabilitasiya prosesi uzunmüddətli olmaqla yanaşı, çox zaman yüksək maliyyə vəsaiti tələb edir. Xüsusilə xarici ölkələrdə aparılan müalicələr ailələrin büdcəsini aşan xərclərə çevrilə bilər.
Belə hallarda, sığorta mexanizmləri ailənin maliyyə təhlükəsizliyini təmin edən ən real və effektiv alətə çevrilir. "Uşaqlar üçün həyat sığortası" məhz bu kimi risklərə qarşı ailəyə maliyyə dayanıqlığı və sabitlik qazandırmaq məqsədi daşıyır.
Azərbaycan bazarında bu istiqamətdə etibarlı məhsullar təklif edən şirkətlərdən biri "PAŞA Həyat Sığorta" şirkətidir. Şirkətin təqdim etdiyi bu məhsul kritik xəstəliklər riskinə qarşı xüsusi olaraq hazırlanmışdır.
Valideynin ödədiyi məbləğ qarşılığında əldə edəcəyi təminat olduqca yüksəkdir. Cəmi 30 AZN ödəməklə, övladınızın sağlamlığını 3 il müddətinə 15 000 AZN təminatla sığortalaya bilərsiniz. Bununla yanaşı, xəstəliklərin müalicəsi məqsədilə ödənilmiş məbləğin istifadəsi isə valideynin tam ixtiyarına verilir.
Daha ətraflı məlumat üçün linkə daxil olun: https://pasha-life.az/online-sigorta-xidmetleri/fhs-form/
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















