Maaş ilə işləyənlər gəlir vergisi də ödəməli olacaqlar
Aylıq gəliri 2 500 manata qədər olanlar 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi ödəyəcəklər.Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi ödəyəcəklər.
Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.
Qeyd edək ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlir 8000 manatadək olduqca 0 faiz, 8000 manatdan çox olduqda 14 faiz olmaqla tutulub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















