Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
Dövlət dəstəyini nəzərə aldıqda 1000 manatlıq mal-qaranın sığortası fermerə cəmi 24 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7 manata başa gəlir. Hadisə baş verdikdə 10% azadolma tətbiq edilir və fermerə aqrar sığorta ödənişi verilir. Nəticədə 300 manatlıq qoyun və ya 1000 manatlıq mal-qaranın tələf olması zamanı heyvan sahibinə müvafiq olaraq 270 manat və 900 manat ödənilir.Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi ilə təsərrüfatların sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu son günlər vəhşi heyvanların təsərrüfatlara hücumlarının artması ilə bağlı fermerlərə çağırış edib.
Marja.az xəbər verir ki, Aqrar Sığorta Fondunun yaydığı məlumatda bildirilir:
Əksər hallarda canavar və ayıların hücumu nəticəsində kənd təsərrüfatı heyvanları yaralanır və tələf olur, təsərrüfatlar itki ilə üzləşir, fermerlərə maddi zərər dəyir. Adətən mövsümi faktorlarla – havaların soyuq keçməsi və vəhşi heyvanların yem axtarışı səbəbindən baş verən bu hadisələr hər il təkrarlanır.
Belə hallarda təsərrüfatlara dəyən zərərləri qarşılamaq üçün ən uyğun vasitə kənd təsərrüfatı heyvanlarının vaxtında sığorta edilməsidir. Ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi heyvandarlıq təsərrüfatlarını - yəni kənd təsərrüfatı heyvanlarını - sığortalamağa imkan verir.
İri buynuzlu mal-qaranın sığortalanması üçün sığorta tarifləri 4,89%-7,80%, xırdabuynuzlu heyvanlarda isə 4,6%-7,37% təşkil edir. Dövlət dəstəyini nəzərə aldıqda 1000 manatlıq mal-qaranın sığortası fermerə cəmi 24 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7 manata başa gəlir.
Hadisə baş verdikdə 10% azadolma tətbiq edilir və fermerə aqrar sığorta ödənişi verilir. Nəticədə 300 manatlıq qoyun və ya 1000 manatlıq mal-qaranın tələf olması zamanı heyvan sahibinə müvafiq olaraq 270 manat və 900 manat ödənilir.
Son dövrdə heyvandarlıq sığortası üzrə ödənişlər artmaqdadır. Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə bağlı fermerlərə indiyədək ümumilikdə 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib. Heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat, 2025-ci ilin ilk 10 ayında isə 327 min manat sığorta ödənişi edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















