Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
Trampın daha əvvəl dediyi “İranda vurulacaq demək olar ki, heç bir yer qalmayıb, istəsəm müharibəni istədiyim vaxt bitirərəm” sözlərindən sonra son açıqlamasında "hücumların hələ tamamlanmadığını" deməsi diqqət çəkib.ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hücumlar indiyədək çox uğurlu olub və İranın donanması, hava qüvvələri və hava hücumundan müdafiə sistemləri böyük ölçüdə zərərsizləşdirilib, lakin əməliyyatlar hələ başa çatmayıb.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdən Kentukki və Ohio ştatlarına səfəri öncəsi jurnalistlərin İranla bağlı suallarını cavablandırıb.
Marja xəbər verir ki, İrana qarşı hücumların ABŞ üçün indiyədək “çox uğurlu” getdiyini deyən Tramp, İranın hərbi potensialının böyük hissəsinin zərərsizləşdirildiyini iddia edib.
İrana qarşı əməliyyatların nə vaxt başa çata biləcəyi ilə bağlı suala cavab verən Tramp bildirib: “İranı tarixdə heç bir ölkənin vurulmadığı qədər sərt şəkildə vurduq, amma hələ bitirməmişik”.
Trampın daha əvvəl dediyi “İranda vurulacaq demək olar ki, heç bir yer qalmayıb, istəsəm müharibəni istədiyim vaxt bitirərəm” sözlərindən sonra son açıqlamasında "hücumların hələ tamamlanmadığını" deməsi diqqət çəkib.
ABŞ Prezidenti əlavə edib: “Onlar donanmalarını, hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini, radarlarını və liderlərini itirdilər. İstəsək daha çoxunu edə bilərik”.
Müctəba Xameneinin vəzifədə qalacağı halda ABŞ-ın qələbə elan edib-etməyəcəyi ilə bağlı suala Tramp “Bu suala şərh vermək istəmirəm” deyə cavab verib.
Digər tərəfdən, İranda bir məktəbə "Tomahawk" raketi ilə edilən hücumun ABŞ ordusu tərəfindən “səhvən” həyata keçirildiyi barədə Pentaqonun ilkin hesabatı ilə bağlı suala Tramp “Hazırda hesabat barədə məlumatım yoxdur” deyə cavab verib.
Tramp İspaniyanı yenidən xəbərdar edib
ABŞ Prezidenti həmçinin İranla aparılan müharibə zamanı İspaniyanın onlara dəstək vermədiyini bildirib və bu ölkə ilə ticarət əlaqələrinin kəsilə biləcəyi barədə xəbərdarlığını təkrarlayıb.
Tramp Livanla bağlı suala isə belə cavab verib: “Livanı və xalqını sevirik, lakin Hizbullahdan xilas olmaq lazımdır”.
Qeyd edək ki, bu gün Brent nefti 5% bahalaşaraq 92 dolları keçib (Bakı vaxtı ilə saat 22:50-də 92,12 dollar).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib






















