Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan iqtisadiyyatı 0,3 faiz azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatı 0,3 faiz azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumat açıqlayıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artmışdır.

ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil etmişdir.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,5 faiz, digər xidmət sahələrində 0,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,2 faiz, sənayedə 0,2 faiz artmış, tikintidə isə 19,8 faiz azalmışdır.

 Sənaye istehsalı haqqında

Sənaye sektorunda 2026-cı ilin yanvar-mart aylarında 14,9 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Emal sənayesində 2026-cı ilin yanvar-mart aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesi sahələrində olmuşdur.

14.04.2026 15:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18