970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Bakı–Şımkent marşrutu üzrə ilk reysini həyata keçirib.

Yeni istiqamətin açılması Azərbaycan və Qazaxıstan arasında hava əlaqələrinin daha da genişləndirilməsi, turizm və biznes əlaqələrinin inkişafı, eləcə də iki ölkə arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AZAL-ın yay uçuş cədvəlinə əsasən, Bakı–Şımkent–Bakı marşrutu üzrə uçuşlar 16–27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

30 iyun 2026-cı il tarixindən etibarən isə reyslərin sayı artırılaraq həftədə üç dəfəyə çatdırılacaq. Bakıdan Şımkentə uçuşlar çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Yeni marşrutun açılışı münasibətilə Şımkent şəhərində xüsusi tədbir təşkil olunub. Tədbirdə media nümayəndələri, turizm və aviasiya sektorunun təmsilçiləri iştirak edib. Qonaqlar şəhərin turizm potensialı, mədəni irsi və müasir infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

AZAL-ın marşrut şəbəkəsinə Şımkent şəhərinin daxil edilməsi sərnişinlər üçün səyahət imkanlarını daha da genişləndirəcək, eyni zamanda milli aviadaşıyıcının Mərkəzi Asiya regionundakı mövqeyinin güclənməsinə və region ölkələri arasında əlaqələrin inkişafına əlavə töhfə verəcək.

Aviabiletləri rəsmi saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

İş elanları AzVak.az-da

Bakı-Şımkent reysi Bakı-Şımkent-Bakı marşrutu AZAL yeni reys AZAL yeni istiqamət Bakıdan Şımkentə uçuş Şımkentdən Bakıya uçuş Bakı Qazaxıstan aviareysi Azərbaycan Qazaxıstan hava əlaqələri AZAL yay uçuş cədvəli Bakı-Şımkent uçuş cədvəli Bakı-Şımkent aviabiletləri AZAL aviabiletləri AZAL mobil tətbiqi AZAL rəsmi saytı AZAL kassaları akkreditə olunmuş agentliklər Şımkent aviareysi Şımkent istiqaməti Şımkent turizmi Qazaxıstan turizmi
16.06.2026 15:23
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19