Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Brent markalı neftin qiyməti 74 dollardan aşağı düşərək İran müharibəsinin başlamasından əvvəlki səviyyəyə enib.
Marja xəbər verir ki, Brent nefti 4,3% ucuzlaşaraq 73,81 dollara düşüb (Bakı vaxtı ilə saat 21:45-ə olan məlumat).
İran müharibəsinin başlamasından bəri ilk dəfə Brent neftinin qiyməti bu gün 75 dollar həddindən aşağı enib. Qiymətlərin geriləməsinə əsas səbəb kimi Hörmüz Boğazından keçən neft tankerlərinin sayının artması və enerji bazarında təchizat risklərinin zəifləməsi göstərilir.
Bununla yanaşı, ABŞ və İranın müharibənin başa çatdırılması istiqamətində irəliləyişə dair siqnallar verməsi də bazarda gərginliyi azaldıb və neft qiymətlərinə təzyiqi gücləndirib.
Beynəlxalq Dənizçilik Təşkilatının məlumatına görə, yüzlərlə gəminin Fars körfəzindən çıxmasına imkan verən təhlükəsizlik zəmanətləri alınıb. Bu amil regionda daşımaların bərpası və enerji təchizatı ilə bağlı narahatlıqların azalması baxımından mühüm siqnal hesab olunur.
Son həftələrdə Hörmüz Boğazı üzərindən neft axını bərpa olunmağa başlayıb. Məlumata görə, yalnız Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzindən təxminən 60 milyon barel neft satıb.
Brent neftinin 75 dollardan aşağı düşməsi bazarın artıq müharibə riskini əvvəlki qədər yüksək qiymətləndirmədiyini göstərir. Hörmüz Boğazında tanker hərəkətinin artması neft təchizatında mümkün fasilələrlə bağlı narahatlıqları zəiflədib.
Qiymətlərin münaqişənin pik səviyyəsindən təxminən 40% aşağı düşməsi enerji bazarında risk mükafatının sürətlə azaldığını göstərir. Əgər ABŞ və İran arasında siyasi proses davam edərsə, neft bazarında əlavə yumşalma müşahidə oluna bilər.
Bununla belə, Hörmüz Boğazı qlobal neft ticarəti üçün strateji keçid olaraq qalır. Bu səbəbdən regionda hər hansı yeni gərginlik qiymətlərin yenidən sürətlə yüksəlməsinə səbəb ola bilər.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
6 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























