Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanda son 4-5 ildə genişzolaqlı internetin əhatə dairəsi 13 dəfə artaraq 3 milyon təsərrüfata yaxınlaşıb. Ölkədə ümumi internet trafiki ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 22% artıb. Eyni zamanda GPON texnologiyası üzərindən xidmət alan istifadəçilər üzrə orta trafik həcmi də təxminən 20% artıb.

2021-ci ildə ölkə üzrə orta internet sürəti 11,7 Mbit/s idisə, bu gün orta sürət 91,57 Mbit/s həddini keçib ki, bu, səkkiz dəfədən çox artım deməkdir. Ancaq “Ookla” tərəfindən təqdim edilən məlumatları araşdırdıqda görünür ki, son 4-5 ayda orta sürət göstəricisi ciddi durğunluq vəziyyətindədir. Ölkədə median sürət orta hesabla 91-92 Mbit/s aralığında ilişib qalıb.

İKT üzrə ekspert Elvin Abbasov mövzunu şərh edərək bildirir ki, eyni evdə orta hesabla 5 nəfərin eyni vaxtda 3 fərqli cihaz vasitəsilə internet istifadəsi zamanı yaranan yükü anlamaq üçün sadə toplama əməlini bilmək kifayətdir:

“Görünən mənzərə odur ki, smart saatları, qulaqcıqları, internetə bağlanmış digər məişət əşyalarını nəzərə almadan 3 müxtəlif platformanın gözlənilən keyfiyyətdə istifadəsi üçün minimal 162 Mbit/s sürət tələb olunur.

Pik saatlar və şəbəkə dalğalanmaları da nəzərə alınarsa, praktik baxımdan tövsiyə olunan minimal internet paketi 250 Mbit/s olmalıdır. Azərbaycanda isə orta deyil, median sürət hələ ki 100 Mbit/s-nin altındadır”.

Aydın məsələdir ki, trafikin həcmindəki artım dinamikası dayanmayacaq. Xüsusilə genişzolaqlı istifadəçi sayının artması ilə daha çox trafik tələb olunacaq və “boğulma” effekti daha da güclənəcək.

Hazırda ölkədə əsas provayderlərin təqdim etdiyi minimal sürət paketi əsasən 100 Mbit/s-dir. Ölkə üzrə fəaliyyət göstərən təxminən 200-ə yaxın provayderdən yalnız 3-ü (Azeronline, Aztelekom və Citynet) 150 Mbit/s-dən yüksək sürət təqdim edir. Digər provayderlərin böyük əksəriyyəti isə 50-100 Mbit/s çərçivəsində xidmət göstərir. Görünür ki, bu 3 provayder ölkədə median sürətin artması üçün yetərli deyil. Provayderlər tərəfindən yüksək sürətli paketlər təklif olunsa belə bu paketlərdən yararlanan istifadəçi sayı azdır.

Ekspert son olaraq əlavə edib ki, əgər internet provayderlər qiymət siyasətlərinə dəyişiklik etməsələr və yüksəksürətli paketləri istehlakçı üçün daha əlçatan hala gətirməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək.

İş elanları AzVak.az-da

Azərbaycanda internet genişzolaqlı internet internet sürəti orta internet sürəti median internet sürəti GPON texnologiyası GPON istifadəçiləri internet trafiki internet trafiki artımı genişzolaqlı internet əhatəsi 3 milyon təsərrüfat internet provayderləri Azərbaycan internet bazarı internet paketləri yüksək sürətli internet 100 Mbit/s internet 250 Mbit/s internet 91 57 Mbit/s sürət Ookla göstəriciləri Speedtest məlumatları internet sürətində durğunluq internet boğulması şəbəkə yüklənməsi pik saatlarda internet ev interneti fiber-optik internet Azeronline Aztelekom Citynet provayderlərin qiymət siyasəti internet qiymətləri internet xidmətləri rəqəmsal infrastruktur İKT sektoru Elvin Abbasov internet keyfiyyəti sürətli internet paketi genişzolaqlı istifadəçi sayı internetə tələbat Azərbaycanda GPON internet bazarında rəqabət telekommunikasiya xəbərləri
29.06.2026 11:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19

Ən çox oxunanlar