Caspian European Club, Prezident İlham Əliyevə müraciət etmişdir
Caspian European Club, özəl sektorda dövlət strukturlarının yoxlamalarının təxirə salınması müddətinin daha 2 il müddətinə uzadılma imkanının nəzərdən keçirilmə istəyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdir. Bunu, Caspian European Club-un İdarə heyətinin üzvü, Vergi və Gömrük komitəsinin rəhbəri Mustafa Abbasbəyli bildirmişdir.
Onun sözlərinə görə, məktubda deyilir ki, ölkə sahibkarlarının böyük əksəriyyəti 2 il əvvəl imzalanan təsərrüfat subyektlərində yoxlamaların dayandırılmasına dair fərmandan razıdır.
Mustafa Abbasbəyli həmçinin qeyd etmişdir ki, Caspian European Club-un Ekspert Şurası Klubun üzv şirkətləri ilə birlikdə beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycanda sahibkarlığın inkişafı və dövlətin özəl sektora müdaxiləsinin azaldılması ilə bağlı müntəzəm təkliflər hazırlayır.
"Əvvəllər cənab İlham Əliyevə ildə iki dəfə təkliflər paketi göndərdik, lakin son zamanlar ölkəmizdə həyata keçirilən islahatlarla bağlı təkliflərin tezliyi artırılmışdır. Hesabatlar və təklif paketləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir və dövlət strukturlarının özəl sektora müdaxiləsinin real vəziyyətini əks etdirir ".
Mustaf Abbasbəylinin sözlərinə görə, klubun təkliflərində, bu gün həyata keçirilməsi lazım olan məqamları əks etdirilir ki, hal-hazırda yaşanan post neft dövründə sahibkarlıq dövlətə maksimum dəstək verə bilsin.
"Təkliflərimizin əksəriyyətinin qəbul olunduğuna görə ölkə başçısına minnətdarıq. Bu təkliflər sayəsində qısa müddətdə özəl sektor büdcəni doldurmaqda öz payını artıra bilər və yeni iş yerlərinin yaradılması, rəqabət qabiliyyətli məhsulların istehsalında yaxşı nəticələr göstərə bilər", - deyə Mustafa Abbasbəyli bildirmişdir.
Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club və Caspian American Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 d. əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




.jpg)
