Ərdoğan və Putindən birgə bəyanat
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin mətbuata birgə bəyanatla çıxış ediblər.Qeyd edək ki, Vladimir Putin Türkiyədə səfərdədir.
"Marja" xəbər verir ki, Ərdoğan, "Türkiyə -Rusiya əməkdaşlığı hər keçən gün daha da güclənir. Səfərlər və telefon danışıqlarımız ilə birgə dünyagörüşü formalaşdırırıq. Siyasi səviyyədəki bu ahəng, əlaqələrimizə də eyni şəkildə əks olunur. İkitərəfli ticarət dövriyyəmiz 30 faiz artım göstərib" deyib.
Ərdoğan, "Bu gün əziz dostum Putin ilə regional məsələləri də müzakirə etdim. ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması bütün dünyada böyük narazılıq yaratdı. Həftəsonu keçirilmiş etirazlarda İsrail əsgərləri 4 fələstinlini şəhid etdi. İsrail yanğına körüklə getməyə davam edir. Dəyər sahibi heç kimsənin bu cinayətləri görməməsi mümkün deyil" şəklində danışıb.
Prezident Ərdoğan, "Qüds məsələsində Putin ilə oxşar yanaşmalar içərisində olduğumuzu gördüm. Suriyadakı vəziyyəti də müzakirə etdik. Soçidə müzakirə etdiyimiz məsələləri dəyərləndirmək imkanımız oldu. Bundan sonrakı addımımız - Soçidə ikinci görüşümüzü keçirəcəyik. Türkiyə və Rusiya arasındakı bu yaxınlıq regional sabitlik üçün də əhəmiyyətlidir, mənalıdır. Həmçinin S-400 məsələsinə dair, dostlarımızla lazımi işi görmək üçün bu həftə bir araya gəlib bu işi sona çatdıracağıq" açıqlamasını verib.
Rusiya Prezidenti Vladimir Putin isə, "Görüşlərimiz konstruktiv hava şəraitində baş tutdu. Beynəlxalq və regional gündəmin aktual məsələlərini müzakirə etdik. Moskva ilə Ankara arasındakı əməkdaşlıq həqiqətən uğurlu bir şəkildə baş verir. Ticarət və iqtisadi sahədəki əngəllər qalxıb" deyib.
Putin, "Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı artır. Sonrakı addımların liberallaşması məsələsini necə həyata keçirəcəyimizi müzakirə etdik. Rusiyadan Türkiyəyə turist axını artır. Akkuyu-nun yaradılması ilə bağlı işlərə başlanılıb. Qara dənizin dibindən 2 ayrı xətt çəkiləcəkdir" şəklində danışıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
3 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























