“Axsayan bankların” müflis elan edilməsi problemdən çıxış yolu deyil"
"Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmasına ehtiyac var. Əvvəllər də dediyimiz kimi, təcrübə göstərdi ki, palatanın “axsayan bankları” müflis elan etməsi problemdən çıxış yolu deyil".
"Marja" xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, belə bankların sağlamlaşdırılmasına və konsolidasiya prosesinin dəstəklənməsinə ehtiyac var:
"Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır. Hətta əmanəti bankdan götürməkdə belə çətinliklər yaranır. Təəssüf ki, xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təklifimiz qəbul olunmadığından problemli kreditlərin həcmində artımlar davam edir. Vətəndaşlarımız da əmanətlərini yerləşdirən zaman yüksək faizə deyil, bankın maliyyə imkanlarına diqqət yetirməlidirlər. Bütövlükdə, apardığımız monitorinq və qiymətləndirmələr göstərir ki, 8 bankın sağlamlaşdırılmasına ehtiyac var.
Buna görə də, biz bir müddət öncə ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif etdik. Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsinin vacibdir. Bu proqram çərçivəsində kreditlərin restruktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür. Nəticədə bu ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
- 19 d. əvvəl
-
-
28 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
37 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
Ən çox oxunanlar
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti













.jpg)






