Dünyanı dəyişdirən alimlər (2-ci hissə)
Bundan öncə sizinlə “Dünyanı dəyişdirən alimlər” məqaləsinin ilk hissəsi ilə təqdim etmişdik. Ardını bu məqalədən oxuya biləcəksiniz.
Yeri gəlmişkən əgər sizi tarix və bioqrafiyaya aid kitablar maraqlandırırsa, www.readit.az saytında bu sahədə ən məşhur kitabların qısa məzmunu oxuya bilərsiniz. => Kitablar
Tim Berners-Li
Hal-hazırda bu yazını oxuya bilməyinizin əsas səbəbkarı məhz Tim Berners-Li-dir. Onun sayəsində hal-hazırda milyonlarla insan öyrənmək, nəsə yaratmaq, bölüşmək, əlaqə qurmaq və vaxt keçirmək üçün internetdən istifadə edə bilir.
1955-ci ildə anadan olan Timin valideynləri də dövrün qabaqcıl komputer mühəndislərindən idi. 1976-cı ildə Okford Universitetində Fizika üzrə təhsilini bitirmişdir. Hal-hazırda World Wide Web Consortium-un ( W3C) sədri, MIT-də tədqiqatçı və Southampton Universitetində kompüter elmləri professorudur.
Tim Berners-Li 1989-cu ildə CERN-də işləyərkən HTML işarələmə dilini inkişaf etdirərək Ümumdünya hörümçək torunu (WWW / World Wide Web), yəni interneti qurub. “İnternetin atası” hesab edilən Tim, həmçinin 1990-cı ildə ilk brauzeri yaratmış və inkişaf etdirmişdir. 1994-ci ildəW3C şirkətini qurmuşdur və hələ də rəhbərlik edir.
1999-cu ildə onun adı “Time” jurnalında dərc olunan “20-ci əsrin 100 ən görkəmli insanı” siyahısına daxil edilmişdir. Həmçinin, o, bəşəriyyətə verdiyi tövhələrə görə, 2004-cü ildə İngiltərə Kraliçası tərəfindən ser (sir) tituluna layiq görülmüşdür.
İohan Kepler
İohan Kepler bəşəriyyətin kainatla bağlı düşüncələri kökündən dəyişən alimdir. O, planetlərin hərəkət qanunlarını kəşf edib və həm dünyanın, həm də digər planetlərin Günəşin ətrafında fırlandıqlarını göstərib. Kepler həmçinin, qabarma və çəkilmələrin ay tərəfindən necə yönləndirildiyini izah edib və planetlərin hərəkətinin üç qanununu kəşf edib. Bu astronomik uğurlarla yanaşı, o həm də yaxşı fizik və riyaziyyatçı idi; həndəsi və optik nəzəriyyələrə müxtəlif tövhələr vermişdir.
İohann Kepler Veyl-der-Ştadtda kasıb bir protestant ailəsində anadan olmuşdur. Monastır məktəbini,Tübingen akademiyası nəzdində ruhani seminariyasını və Tübingen akademiyasını bitirmişdir. Fikirlərinə görə təqiblərə məruz qalan və Praqaya köçməyə məcbur olan Kepler burada məhşur alim Tixo Bragenin yanında yaşamağa və işləməyə başlamışdır. Alimin bu dövrdə kəşf etdiyi planetlərin hərəkət qanunları aşağıdakılardır:
1. Planetlər günəş ətrafında elips formasında hərəkət edirlər.
2. “Orbit qanunu”na görə, planetlərin Günəş ətrafındakı dövretməsi onlarla Günəş arasındakı məsafə ilə düz mütənasibdir.
3. “Harmoniya qanunu” planetlərin Günəşdən uzaqlıqları ilə onun ətrafında dövretmə müddətləri arasındakı münasibəti ifadə edir.
Astronomiya elminin yaradıcısı hesab olunan Kepler, həmçinin planetlərin hərəkətlərini, günəş sisteminin uzaqlığını hesablayan və ulduzların hərəkət xəritəsini göstərən ilk astronomik təqvimi nəşr etmişdir. Qeyd olunan fikirlərinə baxmayaraq, Kepler kainatın Tanrı tərəfindən yaradıldığına inanmışdır.
Karl Landsteyner
Avstriyalı bioloq və həkim Karl Landsteyner “transfuziya tibbinin atası” kimi tanınır. 1900-cu ildə qan qruplarını (A, B, AB və O) müəyyənləşdirən ilk şəxs olmuşdur. Yaşadığı müddətdə Aronsonmükafatına (1926) və Fiziologiya və Tibb sahəsində Nobel mükafatına (1930), ölümündən sonra (1946) isə Lasker mükafatına layiq görülmüşdür.
Avstriya-Macarıstan imperiyasında, Vyana şəhərində anadan olan Landsteyner təhsilini Viyana Universitetində almış və 1891-ci ildə doktorluq dissertasiyasını yazmışdır.
Həkimlik fəaliyyəti dövründə qanın tərkibini öyrənən Landsteyner hal-hazırda hamımıza məlum olan qan qruplarını müəyyənləşdirdi. Eyni qan qrupuna malik olan insanlar arasında transfuziyanın, yəni qan köçürülməsinin mənfi nəticələrə səbəb olmadığını, bu problemin ancaq müxtəlif qruplar arasında baş verdiyini müşahidə etdi. Bu məlumatlar sayəsində ilk uğurlu qan köçürülmə prosesi 1907-ci ildə Nyu Yorkdakı Mount Sinai xəstəxanasında həyata keçirildi. Landsteyner həmçinin, Aleksandr Viyenerlə birlikdə Rhesus (Rh) faktorunu da müəyyənləşdirmişdir. Rh faktoru uşaqsalma, ölü uşaqların doğulması və ölümcül xəstəliklərə səbəb olan bir sıra reaksiyaların əsasını təşkil edirdi.
Landsteynerin tədqiqatları və kəşfləri nəticəsində həm tibb, həm tibbi ekspertiza sahəsində əhəmiyyətli irəliləmələr baş verdi.
İbn Sina
Təxminən 500 il ərzində istifadə olunan yeganə tibb kitabı İbn Sina tərəfindən yazılıb. XII-XVII əsrlər boyunca Orta Şərqdə və Avropada tibb tələbələri alimin “Tibbin Qanunları” kitabından istifadə edirdilər. Avropada Avisenna kimi tanınan İbn Sina 980-ci ildə Özbəkistanda Buxara yaxınlığındakı bir kənddə dünyaya gəlib. 16 yaşından etibarən tibb oxumağa başlayan alim həmin dövrün tibb nəzəriyyələrini inkişaf etdirdi və yeni müalicə üsulları yaratdı. Tibb elmi ilə yanaşı, hüquq, fəlsəfə, məntiq, riyaziyyat, fizika, astronomiya, kimya, coğrafiya, psxiologiya və İslam teologiyası ilə də məşğul olan alim 1037-ci ildə vəfat etmişdir.
İbn Sina “Tibb qanunu” adlı əsərində insan anatomiyasından tutmuş bir çox xəstəliklər, onların səbəbləri, müalicəsi və profilaktikası, həmçinin daxili xəstəliklər, göz, dəri və uşaq xəstəlikləri, müxtəlif cərrahi metodlar və s. haqqında məlumat və məsləhətlər verir. İbn Sina həmçinin, tibb aləmində ilk psixodiaqnostik olmuşdur. O, nəbzə uyğun olaraq xəstənin problemini, bədəndə baş verən fiziki dəyişikliklərə əsasən onun psixoloji vəziyyətini müəyyən edirdi.
Ceyms Klerk Maksvell
Şotlandiyada anadan olan fizik Ceyms Maksvellin kəşfləri və ixtiraları sayəsində televiziya, radio, radar, mikrodalğa və infraqırmızı şüa texnologiyasının təməli qoyulmuşdur. Bütün dövrlərin ən yaxşı fizikləri adlı tədqiqat işində onun adı Eynşteyn və Nyutondan sonra 3-cü yerdə çəkilir.
Onun əsas uğurlarından biri klassik elektromaqnit nəzəriyyədə bir-birindən ayrı hesab edilə elektrik yükləri və maqnitlərin əslində eyni olduğunu sübut edən Maksvell Tənliklərini (4 tənlik) hazırlamasıdır. Bu tənliklər elektrik, maqnit və optika sahələrində istifadə olunur. Maksvell tənlikləri sayəsində həmin sahələrdəki klassik tənliklər və qanunlar nisbətən sadələşmişdir.
Maksvell həmçinin, qazların kinetik nəzəriyyəsini şərh edən Maksvell – Boltzmann Paylanması nəzəriyyəsini inkişaf etdirmişdir. Bu isə fizikada yeni bir dövrün başlanmasına gətirib çıxarmışdır. Maksvell, eyni zamanda 1861-ci ildə ilk rəngli fotoşəkili yaratması ilə də bilinir.
Maksvell rənglər və optika ilə bağlı işləri üçün 1860-cı ildə Rumford medalı ilə təltif olunmuşdur. O, həmçinin Saturn halqasının sabitliyi və ya davamlılığı ilə bağlı yazdığı elmi işə görə C.Adamsmükafatına layiq görülmüşdür.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 saat əvvəl
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb
“Atəşgah Həyat Sığorta”nın mənfəəti artıb
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
“A-Qrup Sığorta”nın xalis mənfəət 7 dəfə artıb
"Atəşgah Sığorta" 2025-ci ili xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
"Meqa Sığorta"nın xalis mənfəəti artıb
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb




















