TuranBank-dan bütün xanımlar üçün endirim aksiyası!
TuranBank bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, onlara ən səmimi arzu və diləklərini yetirir.
Bank bayram münasibətilə bütün xanımlar üçün endirim aksiyası elan edir. Belə ki, 7-15 mart tarixlərini əhatə edən aksiya çərçivəsində xanımlar TuranBankın kredit məhsullarını komissiyasız və 2% endirimlə əldə edə biləcəklər.
Məlumat üçün bildiririk ki, TuranBank hazırda 25 iyun tarixinədək davam edəcək möhtəşəm “Hədiyyə Mövsümü!” adlı əmanət kampaniyasını keçirir.
Kampaniya müddəti ərzində Bankda ən azı bir il müddətinə minimum 1000 manat və ya ABŞ dolları məbləğində depozit yatıran müştərilər Hyundai Grandeur avtomobili ilə yanaşı, Türkiyə və ölkəmizin səfalı guşələrinə 2 nəfərlik səyahət paketi, qızıl külçə, televizor, noutbuk, planşet, mobil telefon, hədiyyə kartları və sair çox sayda uduşlara sahib olmaq imkanı qazanacaqlar. Qeyd edək ki, kampaniya müddəti ərzində Bankda yatırılan əmanətlərin hər 1000 manat və ya ABŞ dolları məbləği müqabilində əmanət sahibinə 1 (bir) lotereya bileti verilir.
“Hədiyyə Mövsümü!” kampaniyası haqqında ətraflı məlumatı Bankın rəsmi www.turanbank.az saytından, facebook (www.facebook.com/turanbankasc), instagram (https://www.instagram.com/turanbank/) səhifələrindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Məlumat üçün bildiririk ki, Bankın geniş çeşidli əmanət növlərinin cəmləndiyi “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 3 aydan 3 il müddətinədək açılan əmanətləri manat, ABŞ dolları və avroda yerləşdirmək mümkündür.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
36 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək






.jpg)












.jpg)

