Bakı Yay Enerji Məktəbinə sənəd qəbulu başlayıb
“ADA” Universiteti 12-ci Bakı Yay Enerji Məktəbinə qəbul elan edir. Bu ali təhsil ocağının Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin, SOCAR-ın və “BP Azerbaijan”ın dəstəyi ilə keçirilən illik Yay Enerji Məktəbinə sənəd qəbulu artıq başlanıb.
“ADA” Universitetindən AZƏRTAC-abildirilib ki, ikihəftəlik sertifikat proqramı iyulun 8-dən 21-dək davam edəcək. İştirak etmək istəyənlər mayın 15-dək ada.edu.az səhifəsində qeydiyyatdan keçməlidirlər.
Bakı Yay Enerji Məktəbi sənayeyə aid məsələləri təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirir. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə geniş tanış olurlar. Həmçinin Bakı Yay Enerji Məktəbi dünyanın müxtəlif ölkələrindən olan dövlət və fərdi neft şirkətlərinin rəhbərləri ilə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. Yay məktəbində Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər nazirləri ilə yanaşı, “TAP”, “BP”, “ExxonMobil”, “Total”, “Statoil” və digər neft şirkətlərinin yüksək vəzifəli şəxsləri çıxış edirlər. Təlimçilərin siyahısı Oksford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və dünyanın digər aparıcı elm mərkəzlərinin görkəmli mütəxəssisləri ilə tamamlanır.
Proqramı uğurla bitirənlər sertifikatlarla təltif olunacaqlar.
“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanovun sözlərinə görə, təmsil etdiyi ali təhsil ocağının ilk təlim proqramlarından olan Bakı Yay Enerji Məktəbi son on iki ildə dünyanın 55 ölkəsindən altı yüz iştirakçını məzun edib. O deyib: “Bu sertifikat proqramı Azərbaycanın uğur hekayəsinin parlaq göstəricisidir. Ölkəmizin qlobal enerji sənayesində tutduğu yer, Bakının bu sənaye ilə bağlı məsələlərə dair əsrlərin təcrübəsinə arxalanan baxış bucağının olması Yay Enerji Məktəbini yerli və xarici iştirakçılar üçün cəlbedici təlim proqramına çevirir. Məqsədimiz enerji ilə məşğul olan gənc beynəlxalq mütəxəssis qrupuna məhz bu baxış bucağını göstərmək, onlara neft və qaz sənayesinin fundamental konseptləri ilə bağlı bilik verməklə yanaşı, təhlil və proqnozlaşdırma qabiliyyətlərini də inkişaf etdirməkdir. On ikinci Bakı Yay Enerji Məktəbinin yeni iştirakçılarını səbirsizliklə gözləyirik”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
-
19 d. əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
36 d. əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
1 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
1 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























