Büdcədə 155 milyon manat artıqlıq yarandı
2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4 milyard 562,9 milyon manat, xərcləri 4 milyard 408,0 milyon manat olmuş, 154,9 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır. Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Gəlirlər
2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4428,5 mln. manat proqnoza qarşı 4562,9 mln. manat və yaxud 134,4 mln. manat (3,0 faiz) çox olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1436,5 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1 faiz çoxdur.
Həmin vəsaitin 67,5 faizi və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 726,9 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz və yaxud 155,8 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 79,3 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 21,2 mln. manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71,0 faiz və yaxud 8,8 mln. manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2299,0 mln. manat vəsait transfert edilmişdir.
Xərclər
2018-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 108,8 faiz və yaxud 4408,0 mln. manat icra olunmuşdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40,0 faizi və ya 1761,3 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və ya 125,6 mln. manat çoxdur.
2018-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2299,1 mln. manatı və ya 52,2 faizi cari xərclərə, 1627,2 mln. manatı və ya 36,9 faizi əsaslı xərclərə, 481,7 mln. manatı və ya 10,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin birinci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 168,9 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 mln. manat vəsait yönəldilmişdir.
2018-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
İcmal büdcə
Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 7062,5 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1412,9 mln. manat və ya 25,0 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 4757,9 mln. manat icra olunmuşdur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
13 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul



















.jpg)





