Bizi varlanmağa qoymayan səhvlərimiz!
Bizi varlanmağa qoymayan səhvlərimiz!
Bu ifadəni çox eşitmişik: "Heç kimin başına milyonlar tökülməyib, lakin onları qazanmaq olar". Demək asandır. Lakin inanın ki, bu vəsaiti qazanmaq da mümkündür. Necə? Maksimum lakonik şəkildə izah etməyə çalışacağam.
Orta təbəqənin hər bir nümayəndəsi maaşdan maaşa yaşamaqdan canını qurtarmaq istəyir. Etiraf edin ki, hər birimiz ilk milyonumuzu qazandıqdan sonra bu pulları hara xərcləyəcəyimizdən danışmışıq. Birinci etirafı mən edirəm! Buna baxmayaraq, bir çox insan eyni səhvləri buraxmağa davam edir. Daha dəqiq desəm, bir çoxumuz xərclədiyimiz zamanı əsasən 5 səhvi buraxırıq. Həmin səhvləri diqqətinizə çatdırıram.
LAZIMSIZ ƏŞYALARIN ALIŞI
Dünyanın ən iri şirkətləri bizim tələbatımızın deyil, istəklərimizin hesabına milyonlar qazanır. İnanın ki, onlar bizim arzularımızı və fantaziyamızı bizdən yaxşı bilir. Çox səhih formada hazırlanmış reklam kampaniyalarının hesabına nəhəng korporasiyalar bizə əslində lazım olmayan şeyləri arzulamağı vadar edir. Problem ondadır ki, bu cür yanaşma əhalinin əksər hissəsini maliyyə köləliyində saxlayır, işgüzar elita isə daha da varlanır.
İstəkləri tələbatdan üstün tutaraq insan prioritetlərinin bölgüsündə ciddi səhvlərə yol verir. Bu, həmçinin bizim maliyyə durumumuza da neqativ təsir edir. Pullarımız lazımsız əşyalara xərcləndikcə, biz kölə olaraq qalırıq.
MƏNASIZ BORCLARIN YIĞILMASI
Kreditlərin böyük hissəsini məhz orta təbəqənin nümayəndələri götürür. Hətta inkişaf etməmiş, yəni kredit kartlarının o qədər də geniş yayılmadığı ölkələrdə insanlar daha çox dost-tanışdan borc alır. Zaman keçdikcə borc o həddə çatır ki, gəlirin hamısı borca xərclənir.
İnkişaf etmiş ölkələrdə isə vəziyyət daha da qəlizdir. İnsanlar lazımsız, mənasız istiqamətlərə pul xərcləmək üçün kredit götürür. Bir müddət sonra borc kəllə-çarxa çıxır.
Düzdür, pul üstünə pul gətirən kreditlər də az deyil. Maliyyəçilərin dili ilə desək, sizin öhdəlilkərinizi artıran, gəlir gətirməyən kreditlərdən (borclardan) uzaq durun.
YIĞIMLARIN OLMAMASI
Reallıq budur ki, insanların əksəriyyətində heç bir yığım yoxdur. Bunun müxtəlif səbəbləri var. Məsələ burasındadır ki, insanlar cari tələbatlarının ödənilməsinə o qədər vəsait xərcləyir ki, aylıq gəlirindən "dar günü" üçün heç bir qəpik də ayırmır. Həyatın bizə hansı sürprizlər hazırladığını kimsə bilmir. Yığımlarımızın olmaması isə "dar günümüz"də bizi darda qoya bilər.
Ən güclü maliyyəçilərin tövsiyəsi bundan ibarətdir ki, hər ay gəlirin azı 10%-i yığım kimi kənara qoyulmalıdır.
MAAŞDAN ASILILIQ
Yazının əvvəlində də qeyd etdiyim kimi, əhalinin əksəriyyəti maaşdan maaşa yaşayır. Bu cür insanların bir məqsədi var: karyerada irəliləyişə nail olmaq və daha yüksək maaş almaq. Onlar vaxtını daha çox müdirindən şikayətlənməyə sərf edir. Arqument isə sadədir: filan şirkətdə maaş daha yüksəkdir. Bundan başqa, onlar uğur əldə etmiş tanışlarını müzakirə edirlər.
Əgər sizə də bu mənzərə tanış gəlirsə, əhatənizi dəyişin. Bu cür düşüncələr insandan insana keçir və sizin üçün yaxşı heç nə vəd etmir. Sizi motivasiya edən insanlara daha yaxın olun.
EMOSİONİAL ŞƏKİLDƏ MALİYYƏ QƏRARLARI VERMƏK
Buraxdığımız ən ciddi səhvlərdən biri də emosional şəkildə maliyyə qərarlarını verməyimizdir. Bu cür qərarların əksəriyyəti yanlış olur.
Bir çox şirkətlər məqsədli şəkildə müştərilərlə emosional əlaqələri qorumaqdadır. Bunun əsas məqsədi satışları artırmaqdır. Reklamların emosional cəlbediciliyi müştərini dərhal qərar verməyə sövq edir. Hərçənd, ilk baxışdan bu qərarlar kifayət qədər məntiqli görünür.
Təcrübəli marketoloqlar təsdiqləyər ki, onlar öz məhsullarını və sloqanlarını hazırlayarkən hədəf auditoriyasını dərhal hərəkətə gətmirək məqsədini güdür.
Düşünülməmiş qərarlar hər zaman maliyyə itkilərinə səbəb olur. Bunu nəzərə alın və qərarlarınızı "soyuq baş"la verin.
P.S. Əslində yazıda 6 səhvə toxunmaq fikrim var idi. Altıncı səhv pensiya planının olmamasıdır. Sadəcə ölkəmizdə pensiya qanunvericiliyinə olunan son dəyişikliklər mən bu fikirdən daşındırdı.
Cibinizin dolu, qəlbinizin zəng olmasını arzulayan İlkin Əhmədov...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 29 d. əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb

















.jpg)



