Kritik məlumatlar açıqlandı, Dollar bahalaşmağa başladı
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Apreldə proqnozdan aşağı qaldı
Aprel ayında ABŞ-da məşğulluq Mart ayına nisbətən artıb, ancaq proqnozdan aşağı qalıb.
"Marja" xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq Apreldə 164 min artıb, işsizlik 4.1%-dən 3.9%-ə geriləyib. Beləliklə işsizlik 2000-ci ilin Dekabr ayından bəri ən aşağı səviyyəyə enib.
Gözlənti məşğulluğun 189 min artacağı, işsizliyin 4%-ə geriləməsi istiqamətində idi. Saatlıq orta maaş aylıq 0.1%, illik 2.6 % artaraq proqnozlardan aşağı qalıb. Proqnozlar aylıq 0.2% və illik 2.7% artım idi.
Mart ayı məşğulluq göstəricisi 103 mindən 135 minə, Fevral ayı göstəricisi isə 326 mindən 324 minə dəyişdirilib.
Orta saatlıq maaş "mülayim" artmaqda davam etsə də, ekspertlər, bugünkü göstəricinin Fed-i mərhələli faiz artırmaq yolundan döndərəcəyini gözləmirlər.
Fed-in yaxından izlədiyi baza PCE inflyasiya Martda 1.9% artaraq hədəfə yaxınlaşmışdı. Bank Çərşənbə günü faiz nisbətini dəyişməmişdi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Məşğulluğun və maaş artımlarının proqnozlardan aşağı qalmasına baxmayaraq, ucuzlaşacağının gözlənilməsinin əksinə Dolların bahalaşması diqqəti çəkir. Bu dəqiqlərdə (17:15) Avro/Dollar məzənnəsi 1.20 səviyyəsindən də aşağı düşərək 1.1924 səviyyəsinə düşüb. Dollar Avro qarşısında 0,53% dəyər qazanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
13 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
18 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























