Azərbaycanda yığılan minik avtomobilləri anbarlarda qalıb
2018-ci ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycanda cəmi 311 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).
Xatırladaq ki, 2018-ci ilin yanvar-iyul ayları (8 ayda) ərzində Azərbaycanda 269 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Avqustda istehsal 42 ədəd artıb. İyulda artım 139 ədəd təşkil etmişdi.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,4 dəfə artıb. Artımın yüksək olmasına baxmayın. Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda minik avtomobili istehsalı dayanmışdı.
01.09.2018-ci il vəziyyətinə, bu il istehsal edilmiş 311 ədəd minik avtomobilinin 131 ədədi anbarlarda olub. 01.08.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 108 ədəd təşkil etmişdi. Beləliklə anbarda yığılan minik avtomobillərinin sayı 23 ədəd artıb.
YERLİ İSTEHSAL AVTOMOBİLLƏRİ DÖVLƏT ALIB
Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə 139 "Xəzər" avtomobili təqdim edilmişdi.
Məsələn, Naxçıvan Ali Məclisi Naxçıvan Avtomobil Zavodundan, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi isə Naftçala Avtomobil zavodundan avtomobillər almışdı.
Neftçala Avtomobil Zavodunun əsas sahibi “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirmişdi ki, hökumət qurumlarından ümumilikdə 40-a yaxın “Xəzər” avtomobili sifariş verilib:
“Xəzər” avtomobillərini sifariş verən qurumlar arasında İqtisadiyyat, Energetika və Vergilər Nazirlikləri, Mərkəzi Seçki Komissiyası (MSK) var”.
Bu ilin Martında Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodunda (NAZ-Lifan) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 20 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
Ən çox oxunanlar
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)







.jpg)




