ACCA F7 (Financial Reporting) hazırlıq kursu
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi ACCA F7 (Financial Reporting) hazırlıq kursuna qeydiyyatı açıq elan edir !
F7 (Financial reporting) ACCA kvalifikasiyasının “Fundamentals Skills” modulunun əsas imtahanlarından biridir. Bu kurs iştirakılarda mühasibat uçotu standartlarının anlayışı və tətbiqi, həmçinin nəzəri, normativ baza qrupların və ayrı-ayrı şəxslərin maliyyə hesabatlarını hazırlaması sahəsi üzrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Sizlər bu kursda həmçinin maliyyə hesabatlarının necə analizinin aparılmasını və interpretasiyasının edilməsini öyrənəcəksiniz.
Kursun başlama tarixi: 09 aprel 2017-cı il Dərs günləri: Cümə axşamı və bazar günləri Vaxt: 1) Cümə axşamı: 19:00 – 21:00 2) Bazar günləri: 10:00 – 12:00
Kursun məqsədləri:
* Maliyyə Hesabatlarının konseptual əsaslarının müzakirəsi və tətbiqi;
* Maliyyə Hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun şəkildə hazırlanması və tətbiqi;
* Beynəlxalq Maliyyə Uçotu Standartlarına əsasında bizneslərin birləşməsinə dair hesabat;
* Maliyyə Hesabatlarının analizi və interpretasiyası;
* İştirakçıların ACCA F7 imtahanından uğurla keçməsini təmin etmək.
Tələb olunan biliklər:
* İngilis dilinin orta səviyyədə (intermadiate) olması;
* ACCA F3 imtahanından keçmək
Təlimin ümumi qiyməti – 525 AZN
Qeydiyyatdan keçməyə və təklif etdiyimiz endirimlərdən yararlanmağa tələsin!
Fərdi şəxslər üçün endirimlər:
1) 05 mart tarixinədək qeydiyyatı yekunlaşdıran iştirakçılar (müqavilə imzalayan və ödənişi edənlər) üçün 375 AZN; 2) 19 mart tarixinədək qeydiyyatı yekunlaşdıran iştirakçılar (müqavilə imzalayan və ödənişi edənlər) üçün 425 AZN; 3) 09 aprel tarixinədək qeydiyyatı yekunlaşdıran iştirakçılar (müqavilə imzalayan və ödənişi edənlər) üçün 525 AZN.
Korporativ müştərilər üçün endirimlər: 3-4 nəfər üçün - 10% 5-6 nəfər üçün - 15% 7-9 nəfər üçün - 20% 10 və daha çox şəxs üçün - 25%
Təlimçi: Toğrul Babayev http://www.fmtc.az/az/telimciler/45
Təlim haqqında ətraflı məlumat və qeydiyyat üçün: http://cmtc.gov.az/az/acca-f7-maliyye-hesabatligi
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın: Telefon: (+994)12 498 16 77 (+994)70 272 99 79 (+994)55 672 99 79 E-mail: [email protected] Web: www.fmtc.az
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
- 12 d. əvvəl
-
40 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
45 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















