Azərbaycana xaricdən avtomobil daşınır – NOYABRDA REKORD
2019-cu ildən Azərbaycana idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi artırılır. Bu ili fürsət bilən idxalçılar xaricdən daha çox avtomobil gətirməyə başlayıblar.
“Marja”nın Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarından topladığı məlumata görə, 2018-ci ildə ən çox avtomobil Noyabr ayında Azərbaycana idxal olunub. Oktyabr ayında da idxal yüksək sayda baş tutub.
Noyabr ayında ölkəmizə 3378 ədəd avtomobil, o cümlədən 3084 ədəd minik avtomobili idxal olunub. Bu, hər gün orta hesabla 100 avtomobilin idxal olunduğu deməkdir.
Oktyabr-noyabr aylarında cəmi 5749 ədəd avtomobil idxal olunub.Bu, 11 aylıq cəmi minik avtomobili idxalının təxminən üçdən biridir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Qısası, oktyabrın əvvəlində “2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır” xəbərini eşidən idxalçılar vergi qalxmamış xaricdən daha çox avtomobil gətirməyə başlayıblar.
2018 Ay | Cəmi avtomobil idxalı, ədəd | O cümlədən, minik avtomobili idxalı, ədəd |
Yanvar | 986 | 908 |
Fevral | 1079 | 959 |
Mart | 1441 | 1291 |
Aprel | 1804 | 1627 |
May | 1984 | 1679 |
İyun | 2294 | 2021 |
İyul | 2112 | 1917 |
Avqust | 2334 | 2123 |
Sentyabr | 2348 | 2155 |
Oktyabr | 2954 | 2665 |
Noyabr | 3378 | 3084 |
Cəmi | 22714 | 20 429 |
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























