ƏDV-nin alıcıya necə qaytarılacağı açıqlandı
Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ticarət və xidmət müssisələrində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin müştəriyə qaytarılması nəzərdə tutulur. Belə ki, ödənişi Pos-terminallar (nağdsız) ilə həyata keçirənlər 18% olan ƏDV məbləğinin 15%-ni, nağd edənlər isə 10%-ni geri alacaqlar.
“Marja”nın məlumatına görə, vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ƏDV-nin geri qaytarılmasına başlamaq üçün ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən (onlayn) kassaların quraşdırılması başa çatdırılmalıdır:
“Bu ildən etibarən ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən nəzarət kassa aparatları quraşdırılacaq. Artıq test rejimində bir neçə yanacaqdoldurma məntəqəsində və ticarət müəssisəsində onlayn kassalar quraşdırılıb. Çalışırıq ki, ilin sonunadək bu işləri başa çatdıraq”.
Sahib Ələkbərov qeyd edib ki, ƏDV sadə və avtomatik şəkildə geri qaytarılacaqdır. Həmçinin ƏDV-ni geri almaq istəyən mütləq kart sahibi olmalıdır:
“Alıcı gəlir ticarət şəbəkəsinə - malı aldı, çeki vuruldu və ya POS terminal vasitəsilə ödəniş aparıldı - avtomatik olaraq rəqəmlər Nazirliyin bazasında əks olunacaqdır. Çalışırıq ƏDV-nin qaytarılması avtomatik rejimdə olsun. Alıcınını çeki harasa aparması, orada yoxlanılması və ƏDV-nin geri qaytarılması olmayacaqdır. Təxminən 15 gün müddətindən sonra (alınmış mal geri qaytarıla bilər) qaytarılacaq məbləğ alıcının kartına köçürüləcəkdir. Burada nağd ödənişdən söhbət gedə bilməz. Qaytarılan ƏDV kartlara otuzdurulacaqdır”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















