Nazir Sahil Babayev işini gözdən salanların kimlər olduğunu açıqladı
Maddi vəziyyəti kifayət qədər yüksək olduğuna görə, Özünəməşğulluq proqramından uzaqlaşdırılanlar Sahil Babayevə qarşı qarayaxma kampaniyası aparırlar.
“Özünəməşğulluq proqramından ciddi narazılıq yoxdur”.
“Marja”nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.
Nazir vətəndaşların heyvanlardan narazı qaldığı barədə suala ətraflı cavab verərək deyib:
“Mən rəqəmləri bir daha səslləndirirəm: Vətəndaşlara 30 min baş iri xə xırdabuynuzlu heyvan paylanılıb. Bugünədək gələn müraciətlərin araşdırılması nəticəsində 1%-dən də aşağı heyvanlar dəyişdirilib. 1%-ə görə 99%-i kölgədə qoymaq və “narazılıq var” demək doğru deyil. Bu birincisi. İkincisi müraciətlərin çoxları 1-2 ay sonra təqdim edilən müraciətlərdir. Bu vətəndaşlara heyvanlar təqdim edildikdə vətəndaş öz imzası ilə təsdiq edir ki, keyfiyyətdən razıdır və heyvanları şəxsən qəbul edir. Həmçinin baytar arayışları təqdim edilir. Bundan başqa, vətəndaşın video və foto şəkili özünün razılığı ilə çəkilir. Müraciət olduqda aktı, arayışları və görüntüləri özünə təqdim edirik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi podratçı şirkətləri “Satınalamalar haqqında” qanuna uyğun seçib. Bu şirkətlərə ödənişlər vətəndaşın aktivi qəbul etdiyi barədə aktın əsasında həyata keçirilir. Biz vətəndaşın imzaladığı aktı, vətəndaşın video və foto görüntülərini görürük, bundan sonra vəsaitlər şirkətlərə ödənilib. Heyvanlara etirazı, onları qəbul edən zaman bildirmək lazım idi. Bir sıra hallarda müraciətçi ötən ilin Noyabr ayında aktivi alıb, razılıq edib. Bu ilin Yanvar və ya Fevral ayında bildirir ki, “bu xəstə heyvandır”. Biz ona göstəririk ki, Siz bu heyvanı razı şəkildə almısınız. İki ay ərzində heyvana nə şəkildə baxılıb, xəstələnməyi əvvvəl və ya sonra olub – bunlar hamısı sual altındadır. Vətəndaş etirazını heyvanı qəbul edən zaman bildirməli idi. Kimlər bildirib, müvafiq işlər görülüb. Qeyd etdiyim ki, 30 min baş heyvan paylanılıb. Ölkədə bütün heyvanlar eyni standartda, səviyyədə ola bilməz, müəyyən fərqlər olmalıdır.
“5 MİN MANATA HEYVAN ALINMAYIB”
Nazir Özünəməşğulluq proqramı çərçivəsində heyvanların baha qiymətə alınması barədə iddialara münasibət bildirib:
“Qiymətə gəldikdə isə - “5 min manata alındığı” deyilir. İmzalanmış müqavilələr üzrə vergi və digər ödənişlər daxil olmaqla alış qiymətləri 1800 manatdan yuxarı deyil. Vergi və digər ödənişlər çıxıldıqda bir heyvan təqribən 1300-1400 manata alınıb. Heç bir şirkətə yüksək məbləğlər ödənilməmişdir. Çünki əsas prinsiplərimiz sosial ədalət və şəffaflıqdır. Hər hansı satınalmamızda qiymət artımına yol verilməyib. Aktivlət əvvəlki illə müqayisədə ucuz alınmışdır. Heyvanlar təxminən 13-14%, aktivlər üzrə 22-25% daha ucuz alınıb. Bu heyvanlar baytar yoxlanışından keçdikdən və vətəndaşın qəbul aktını imzaladıqdan sonra təqdim edilib”.
PROQRAMDAN UZAQLAŞDIRILANLAR LAYİHƏNİ GÖZDƏN SALMAĞA ÇALIŞIRLAR
Nazir qeyd edib ki, manipulyasiya ilə məşğul olanlar və bu böyük sosial layihəni gözdən salmağa çalışanlar var:
“Məsələn, daha öncələr vətəndaşlar özünəməşğulluq proqramına yazılımışdır. Araşdırma zamanı bir sıra vətəndaşların maddi vəziyyətinin kifayət qədər yüksək olduğu müəyyən edilib, onların əmlakları, qeyri-yaşayış sahələri, torpaqları və s var. Yəni, aztəminatlı ailə deyillər. Belə 800-ə yaxın şəxs uyğun olmayan şəxs proqramdan uzaqlaşdırılıb, onlara aktivlər verilməyib. Bu şəxslərin böyük əksəriyyəti mətbuatda müxtəlif iddialar ilə çıxış etməyə başladılar. Sosial şəbəkədə yalan informasiyalar paylaşırlar, bu məlumatlar da zəncirvari yayılır və bu gözəl təşəbbüsə ləkə salmağa çalışırlar. Onlar dövlət qurumlarına müraciət ediblər və onların müraciətləri araşdırılaraq müvafiq cavablar verilmişdir.
Və ya vətəndaş birkalı heyvanı alır, bir ay sonra birkasız heyvanı göstərərək xəstə olduğunu bildirir. Biz onda deyirik ki, “Sizə verilən heyvanbirkalı heyvan idi, başqa heyvana dəyişdirmisiniz”. Belə addım atanlar olub. Heyvana baxa bilmədiyindən öldüyü barədə iddia irəli sürənər də olub. Hər bir halda, heyvanları aldıqdan qısa müddət sonra edilən bütün şikayətlər araşdırılıb, həqiqətən də keyfiyyəti aşağı olan heyvanlar dəyişdirildi. Bununla bağlı Məşğulluq mərkəzlərinin nümayəndələri barədə inzibati tənbeh tədbiri görüldü. Bütün dəyişdirilən heyvanların sayı 160-170 civarındadır. Bu vətəndaşlara paylanılmış 30 min heyvanın 1 faizindən də aşağıdır”.
Nazir əlavə edib ki, bu ilsə sistem daha da təkmilləşdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 18 d. əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb














.jpg)



