"Sığorta şirkətləri insanların inamını qazanmalıdır"
"Bakı şəhəri, Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın kimi fors-major hadisələrin istənilən ölkədə baş verməsi mümkündür. Çünki qısa qapanma, yanğın, subasmadan sığortalanmaq olmur".
Bunu açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, oturaqlaşmış sistemlərdə dövlətin bu tipli hadisələrə müdaxiləsi minimum olur, dövlətin üzərində hər hansı öhdəlik qalmır.
“Bir çox hallarda humanitar, tibbi yardım, kommunikasiyaların açılışı ilə bağlı məsələləri dövlət öz üzərinə götürür. Kompensasiyaların ödənilməsi, yenidən obyektlərin tikilişi, təmiri – bütün bunları sığorta şirkətləri ilə iş adamları arasında olan müqavilə tənzimləyir. Çox təəssüf ki, bu, bizdə formalaşmalıyıb. Burada problem ikitərəflidir. Əvvəla sığorta şirkətləri cəlbedici məhsullar təqdim edə bilmirlər, Azərbaycanda sığorta şirkətləri çox bəsit çalışrılar. Digər tərəfi isə sığorta şirkətlərindən də aslı deyil. Bir çox hallarda müqavilələrin bağlanılması reallığı əks etdirmir. Belə ki, obyekt sahibləri müqavilə imzalayarkən fors-major hallarda bütün məsuliyyəti xırda sahibkarların üzərinə qoyulması ilə bağlı müqavilələr tərtib edirlər. Sahibkarlar da hüquqi yardımdan istifadə etmədən müqaviləni imzalayırlar və məsuliyyətləri də öz üzərlərinə götürürlər. Burada isə iki məsələ ortaya çıxır. İlk olaraq, icarə müqavilələrinin rəsmi olması. Çünki son hadisə göstərdi ki, orada icarədar olan şəxslər ayda 1000-2000 manat arası icarə haqqı verməsi ilə bağlı məlumat verdilər, amma bu müqavilələrin ortaya çıxarılması ilə bağlı sənəd ortaya çıxarılmayıb. Doğurdan da bu, rəsmiləşdirilmiş müqavilələrdir? Çünki bununla icarədarın yaxud da icarəyə götürənin vergi öhdəliyi (icarə haqqının 14%-ə qədəri) də yaranır ki, bunu iki tərəfdən biri ödəməlidir. Bu da müqavilələrdə öz əksini tapmayıb”, - deyə N.Cəfərli vurğulayıb.
İqtisadçı-ekspertin sözlərinə görə, sığorta şirkətləri bu tipli obyektləri sığorta etməyə cəhd göstərsələr belə, burada başqa problemlər ortaya çıxır: “Məhsulların rəsmi qaydada həmin obyektə daxil olması, onların qaimələrinin olması, dövriyyələrin doğru-düzgün göstərilməsi – bunlar problem kimi ortaya çıxır. Çünki sığorta şirkəti hər hansı obyektləri və riskləri sığorta edərkən həmin obyektin dövriyyəsini, mal qalığını bilməlidir ki, ona uyğun sığorta haqqı və ona uyğun kompensasiya verilməsini müəyyənləşdirsin. Çox təəssüf ki, bu kimi məkanlarda malların alınması, qalığı qaimə formasında, rəsmi şəkildə həyata keçirilmir. Bu da sığorta şirkətlərinin işini çətinləşdirir. Hətta şirkətlər istəsələr belə sığortalaya bilmirlər”.
N.Cəfərli bu məsələdə obyekt sahiblərinin də təqsiri olduğunu qeyd edib. Belə ki, iqtisadçı yanğın təhlükəsizliyi ilə bağlı tələblərə riayət edilmədiyini, digər yandan bu tipli hallarda məsuliyyət bölgüsünü dəqiq göstərməlidiyini bildirib.
“Çünki icarə aldıqları insanların hər hansı formada problemlərinin həlli ilə bağlı məsuliyyət bölgüsü olmalıdır ki, bu da yoxdur. Sığorta, müqavilə mədəniyyətinin olmaması bu cür hadisələr meydana çıxarkən bütün məsələləri dövlət orqanlarını üzərinə cəmləyirlər ki, dövlətdən hamı kömək gözləyir. Əslində belə deyil. İşlək mexanizmlər olmaldır ki, bu tipli xoşagəlməz hadisələr baş verərkən avtomatik o mexanizmlər işə düşsün və heç bir sual yaranmadan problemlər həll olunsun”, - deyə iqtisadçı vurğulayıb.
Dünya təcrübəsində sığortaya yanaşmada iki yolun, icbari və könüllü sığortanın olmasına toxunan ekspert icbari sığortanın müəyyən oyun qaydalarının öncədən oturuşmasına xidmət etdiyini vurğulayıb. N.Cəfərlinin sözlərinə görə, könüllü sığortada iş adamları özləri maraqlı olmalıdırlar ki, hər ay kiçik məbləğ ödəməklə, kiçik şərtlərə əməl etsinlər və bu tipli fors-major hal yaşandıqdan sonradan dəymiş ziyanın tamamını ödəmək və ya almaq iqtidarında olsunlar.
“Sığorta şirkətləri dövlətdən yardım gözləməmələdirlər. Əslində normal, rəqabətli mühit yaratmalıdırlar və normaq rəqabətli mühitdə cəlbedici məhsullar, sığorta paketləri təqdim etməlidirlər ki, insanların özlərinə maraqlı olsun. Dünya təcrübəsində sahibkar ilkin olaraq vergi problemi ilə yanaşı, sığorta problemini də həll edir ki, bu kimi hallarda dəymiş ziyanın ödənilməsi mexanizmi yaransın. Azərbaycanda indi icbari qaydada bunu etmək çox çətindir. Əslində sığorta şirkətləri çalışırlar ki, bu icbari qaydada olsun, dövlət qanun çıxarsın ki, hamı öz əmlakını sığortalasın. Lakin bu da doğru yanaşma deyil. Bu, sığorta məhsullarının cəlbediciliyini azaldır və insanlarda öhdəlik hissi yaradır. Bu günə qədər sığorta şirkətlərinin vətəndaşlarla işləmə mexanizmlərində kifayət qədər problem olub və inamsızlıq mühiti yaranıb. Vətəndaşlar sığorta haqqına əlavə vergi yükü kimi baxırlar. Əslində vətəndaşlar özləri maraqlı olmalıdır ki, müqavilə bağlasın. Sığorta şirkətləri də yaxşı məhsullar təqdim etməlidirlər ki, vətəndaş özü müraciət edib müqavilə bağlasın. Ona görə burada dövlətdən yardım gözləməkdənsə, sığorta şirkətləri rəqabətli mühit haqqında düşünsələr və insanların inamını qazanacaq addımlar atsalar bu, ümumimilikdə sığorta mədəniyyətini formalaşmasına səbəb olan faktora çevrilə bilər”, - deyə N.Cəfərli əlavə edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
31 d. əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
55 d. əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
Ən çox oxunanlar
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib






.jpg)







.jpg)









