Göyçayda ilk dəfə əkiləcək
Göyçay rayonunda yazlıq bitkilərin əkini üçün görülən hazırlıq işləri başa çatmaq üzrədir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, kəndlərdə əkin üçün yararlı torpaq sahələri seçilib, mütəxəssislər sahələrə baxış keçirib, şum çıxarılıb və arat işləri aparılıb.
Hazırda səpinqabağı mala çəkilməsi işləri davam etdirilir. Hava şəraiti imkan verərsə gələn həftə rayonda çəltik, soya və dən qarğıdalı bitkilərinin əkininə başlanılacaq. Bu məqsədlə toxum tədarük olunub və kəndlərdə 1000 hektara yaxın torpaq sahəsi ayrılaraq şum çıxarılıb. Əkinlərin suvarılması və torpağın şor sulardan təmizlənməsi üçün lazımi tədbirlər görülüb.
Qeyd edək ki, bu il rayonda ilk dəfə olaraq soya bitkisinin əkini həyata keçiriləcək. Ötən il Göyçayda 25 hektar çəltik və 350 hektar dən qarğıdalı əkilmişdisə, cari ildə bu bitkilərin iki dəfə çox sahədə əkini aparılacaq.
©Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
36 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 39 d. əvvəl
- 51 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























