Peyvəndi və dərmanı olmayan virus sürətlə yayılır
Çində epidemiyanın başladığı Vuhan şəhərində ictimai nəqliyyat bağlanacaq
Çinin Vuhan şəhərində yeni növ koronavirus epidemiyası səbəbilə hava limanı və qatar stansiyaları sərnişinlər üçün bağlanılacaq, ictimai nəqliyyatın fəaliyyəti təxirə salınacaq.
"Marja" BBC-yə istinadən xəbər verir ki, rəsmilər, təxminən 9 milyon əhaliyə malik şəhərdəki vətəndaşlara şəhərdən çıxmamaları xəbərdarlığını edib.
Avtobus, metro, gəmi və digər ictimai nəqliyyat sabah yerli saatla 10.00-dan etibarən sərnişinlərə bağlanacaq.
Virusdan ölənlərin sayı 17-yə çatıb.
Hələ peyvəndi və ya dərmanı olmayan "nCoV"un geniş epidemiyaya çevrilməsi xalqda narahatlığı artırır.
Tayvan, yeni koronavirusun ortaya çıxdığı Vuhandan ölkəyə səyahətləri qadağan etmişdir.
Virus, səyahət edən sərnişinlər vasitəsilə Çin sərhədlərini də aşıb.
VİRUSUN ƏLAMƏTLƏRİ
"nCoV" ortaya çıxdığı yerə görə "Vuhan virusu" da adlandırılır. Yeni koronavirus, tənəffüs, asqırma və öskürmə vəziyyətlərində hava yolu ilə yayılır.
"nCoV"un ilk əlamətləri yüksək qızdırma, boğaz ağrısı, öskürək, nəfəs darlığı, tənəffüsdə çətinlik və ishaldır. Xəstəlik sonradan sətəlcəm və böyrək çatmazlığına səbəb olur, nəhayət ölümlə nəticələnir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
3 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
4 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda



















