Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Neft istehsalının əlavə və əhəmiyyətli azaldılması müzakirə ediləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft istehsalının əlavə və əhəmiyyətli azaldılması müzakirə ediləcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əlcəzairin Energetika Naziri və Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) sədri Məhəmməd Arkab, cümə axşamı günü Viyanada keçiriləcək yığıncaqda neft istehsalının əlavə azaldılmasının müzakirə ediləcəyini bildirib. 

 

Marja xəbər verir ki, Məhəmməd Arkab, "yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbilə bazarda istehlak edilməyən neft miqdarı var. Bu izafi təklifi ortadan qaldırılması istehsalın əlavə azaldılmasını tələb edir. Yığıncaqda istehsalın əlavə və əhəmiyyətli bir azaldılması müzakirə ediləcək" - deyib.

 

Arkab, bu mövzuda OPEC ilə Rusiyanın daxil olduğu digər neft istehsalçısı ölkələr arasında fikir birliyi olduğuna işarə edib. 

 

Viyananın 5-6 Martda OPEC-in 178-ci nazirlər toplantısına və OPEC və OPEC-ə üzv olmayan ölkələrin 8-ci Nazirlər Toplantısına ev sahibliyi etməsi gözlənilir.

 

Nazirlər Komitəsinin, üzv ölkələrin istehsalın azaltmalarını nəzərdən keçirmək üçün yığıncaqdan bir gün əvvəl 4 Martda görüşmələri nəzərdə tutulur.

 

Hal-hazırda OPEC+ qrupu ölkələrinin "qiymətləri yüksəltmək üçün mart sonuna qədər neft istehsalının 1,7 milyon barel/gün azaldılmasını" nəzərdə tutan qərarı tətbiq olunur.

04.03.2020 04:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18