102 milyon manatlıq hədəf müəyyən edib
“PAŞA Həyat Sığorta” cari ilin sonunadək sığorta yığımlarının həcmini 102 milyon manata çatacağını proqnozlaşdırır.
“Marja” xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib.
O qeyd edib ki, ötən ilki sığorta yığımlarımızın həcmi 77,679 mln. manat təşkil edib ki, bu da 2015-ci il ilə müqayisədə 23,152 mln. manat və ya 42,5% çox olub. Hesabat ilində aktivlərinin həcmi 160 mln. manata, nizamnamə kapitalının həcmi isə 40,250 mln. manata çatıb. Hazırda “PAŞA Həyat” aktivlərinin ümumui həcminə görə bazarın ən iri şirkətidir.
Ötən ildə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 45,907 mln. manata sığorta ödənişi edilib. Əvvəliki illə müqayisə etsək ödənişlərimizin həcmində 3 dəfəyədək artım müşahidə olunub.
"UNİKAL SIĞORTA MƏHSULU OLACAQ"
Niyaz İsmayılov əlavə edib ki, yaxın vaxtlarda həyat sığortası məhsulu ilə bağlı bazara yeni məhsullar təqdim ediləcək: “Bütün bu kimi məsələlər bizim bu ilki prioritet hesabat etdiyimiz işlərimizdən biridir. Düzdür, hazırda müştərilərə şirkətimiz tərəfindən müxtəlif həyat sığortası məhsulları təklif olunur. Amma bazara təqdim ediləcək məhsul əhalinin müvafiq təbəqəsi üçün nəzərdə tutulmuş unikal bir sığorta məhsulu olacaq. Ümid edirik ki, yeni məhsulumuz hər kəs üçün əlçatan olacaq”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
36 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 39 d. əvvəl
- 51 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























