Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-dan neft ilə bağlı pis xəbər - QİYMƏTLƏR DÜŞDÜ

ABŞ-da anbarlardakı (çənlərdə) xam neft ehtiyatları keçən həftə 5,7 milyon barel artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan neft ilə bağlı pis xəbər - QİYMƏTLƏR DÜŞDÜ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 5,7 milyon barel (1,1%) artımla 538,1 milyon barelə yüksəldiyini açıqlayıb. Marja xəbər verir ki, bazar proqnozu ehtiyatların 1,7 milyon barel azalacağı istiqamətində idi. Ölkənin xam neft ehtiyatları bir əvvəlki həftə isə 2,1 milyon barel azalmışdı.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 2,2 milyon barel (0,3%) artımla 650 milyon barelə çatıb.

Xəbərin ardından neft qiymətləri düşüb. Bakı vaxtı ilə saat 10:45-də Brent nefti 3% ucuzlaşma ilə 40,38 dollardan əməliyyat olunub. Fed-in ABŞ iqtisadiyyatının normallaşması üçün qarşısında uzun bir yol olduğunu açıqlaması da neft qiymətlərinin düşməsinə səbəb olub.

Ötən həftə ABŞ-ın benzin ehtiyatları da 0,9 milyon barel (0,3%) artımla 258,7 milyon barel olub.  

ABŞ-ın xam neft idxal keçən həftə gündəlik ortalama 685 min barel artaraq 6,8 milyon barelə çatıb, neft ixracı isə gündəlik ortalama 355 min barel azalıb və 2,4 milyon barelə düşüb.

ABŞ-ın gündəlik xam neft istehsalı isə 30 May-5 İyun dövründə orta hesabla 120 min barel azalaraq təxminən 11,1 milyon barelə geriləyib. Bu rəqəm, 22-28 Fevral dövründə 13,1 milyon barel olmaqla ən yüksək səviyyəsinə çatmışdı.

EIA-nın İyun Hesabatına görə, ölkənin gündəlik xam neft istehsalının bu il 11,6 milyon barel olacağı gözlənilir.

11.06.2020 10:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18