“Azərsığorta”dan "qətl" açıqlaması
“Azərsığorta” şirkəti filial müdirinin qətlə yetirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Şirkətin idarə heyətinin sədr müavini Aftandil Hacıyev bildirib ki, Tovuz rayon şöbəsinin müdiri Raya Bayromavanın qətlinin sığorta şirkətindəki fəaliyyəti ilə bağlılığı yoxdur. O hadisənin şəxsi zəmində baş verdiyini güman edir:
“Hazırda əməliyyat olunduğum üçün işə çıxmıram. Mənə verilən məlumata görə, hadisə şəxsi zəmində baş verib. Hadisənin təfərrüatları isə istintaq orqanlarının araşdırmasından sonra məlum olacaq”.
Filialın baş mühasibi Vidadi Vəliyevin ağır xəsarət almasına gəlincə, sədr müavini bildirib ki, bu qətllə bağlı deyil: “V.Vəliyev təmir işləri ilə bağlı binanın fasadına çıxarkən ordan yıxılıb”.
Qeyd edək ki, aprel ayının 22-də axşam saatlarında “Azərsığorta” şirkətinin Tovuz rayon şöbəsinin müdiri 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı qətlə yetirilib. Filialın baş mühasibi 1964-cu il təvəllüdlü Vəliyev Vidadi Bəhman oğlu isə kəllə-beyin travması diaqnozu ilə Tovuz Rayon Mərkəzi Rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Xatırladaq ki, qətlin kimlər tərəfindən və hansı şəraitdə törədilməsi, hələlik məlum deyil.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
© Fins.az
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















