Düşmən növəti dəfə Gəncəni raket atəşinə tutdu - 12 NƏFƏR ÖLÜB
Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu barədə Respublika Baş Prokurorluğunun məlumatında bildirilir.
Qeyd edilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.
XXX
İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.
Respublika Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin silahlı qüvvələri 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atmışdır.
Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
XXX
“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir. Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşmış mülki şəxslərə qarşı qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.
XXX
“Azərbaycanın ikinci böyük şəhərində günahsız mülki şəxslər Ermənistanın raket hücumuna məruz qalırlar. Humanitar atəşkəsə dair məsuliyyətsiz çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, Gəncədə 20-dən çox ev dağıdılıb”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.
XXX
“Ermənistan tərəfindən Azərbaycan mülki əhalisinə qarşı qorxaqcasına və xaincəsinə raket hücumları edilməsi, o cümlədən Gəncəyə növbəti raket zərbələri endirilməsi Ermənistanın dövlət səviyyəsində terror və soyqırımı aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.
XXX
“Ermənistana yeni raket sistemləri gətirilib. Dərhal Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başlayıblar. Gəncədə mülki şəxslər arasında itkilər olduğu bildirilir. Bu Ermənistanın dövlət terror siyasətinin təzahürüdür”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında yazıb.
XXX
Ermənistanın silahlı qüvvələri növbəti dəfə Gəncə və Mingəçevir şəhərini atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən Marja-ya məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
30 d. əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
1 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
-
2 saat əvvəl
"Bank Respublika"nın biznes kreditləri portfelinin həcmi 1,1 milyard manatı aşıb
-
2 saat əvvəl
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
-
2 saat əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Ən çox oxunanlar
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Yanvarın 24-də gözlənilən hava şəraiti
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi


























