Bu il bol olacaq
Bu il şaftalı bağlarında məhsul bol olacaq.
Şaftalı bağlarında növbəti dərmanlamanı və ilkin suvarma prosesini həyata keçirən xaçmazlı təsərrüfatçılar bu fikirdədirlər. Rayonda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 800 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir.
Bağ sahibi Qəhrəman Mövlamov bildirib ki, məhsuldarlığa təsir edəcək amillər sırasında hava şəraiti və ağaclara səpilən dərmanlar ilk sırada durur:
“Uzun illərdir şaftalı əkib-becəririk. Bağlarımızda daha məhsuldar və tələbat çox olan şaftalı növlərini artırmışıq. Demək olar, hər il bol məhsul əldə edirik. Meyvəni əsasən yerli və Rusiya bazarlarında satırıq. Məhsuldarlıq şaftalının çiçəkləmə dövründə hava şəraitinin necə keçməsindən birbaşa asılıdır. Burada keyfiyyətli dərmandan istifadə də xüsusi vurğulanmalıdır. Bəzən keyfiyyətsiz dərman ilboyu çəkdiyimiz əziyyəti puç edir”.
Rayonun Nərəcan kəndi ilə yanaşı, Çinartala, Uzunoba, Çiləgir, Alekseyevka kəndlərində də şaftalı bağları üstünlük təşkil edir. Hazırda rayonda 2 min 500 hektara yaxın şaftalı bağı var ki, bunun da 1200 hektardan çoxu barverəndir. Hər il rayon bağlarından 15 min tona yaxın şaftalı toplanır.
Çiləgir kəndindən olan təsərrüfatçı İlqar Yusifov bildirib ki, bağlarda şaftalının əsasən “Fədai” və “Zalatoy” növləri becərilir. Bundan başqa, fermerlər son illərdə geniş yayılan nektarin meyvəsinə də maraq göstərirlər. Artıq bağlarda dərmanlama və gübrələnmə işləri yekunlaşıb. İyun ayında dəriləcək məhsulun keyfiyyətli olması üçün bağlara bir neçə dəfə dərman səpiləcək.
Xaçmaz rayonunda yetişdirilən şaftalı yerli və paytaxt bazarlarında satılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də göndərilir. İyul ayından başlanılan məhsul yığımı oktyabradək davam edir.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
35 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 38 d. əvvəl
- 50 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























