Ərdoğan ABŞ-ın sanksiyalarına münasibət bildirdi
Ərdoğan ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiyaların tətbiqinə münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən ölkəsinə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqinə münasibət bildirib.
Ərdoğan deyib ki, ABŞ-ın addımı Türkiyənin suverenliyinə qarşıdır.
Onun sözlərinə görə, ABŞ-ın məqsədi Türkiyəni özündən asılı vəziyyətə salmaqdır: “Bu necə müttəfiqlikdir?! Ötən həftə də Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiqi məsələsi vardı. Niyə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb. Çünki ABŞ öz əlindəki hava hücumundan müdafiə sistemlərinin satışına icazə vermir. F-35 təyyarələrinin minə yaxın hissəsini Türkiyə istehsal edib, ABŞ-a verir. Senatda çıxan əngəllərlə yanaşı, bu sistemləri almaq üçün bizim tələblərimizin heç birini qarşılamayan ABŞ ehtiyacımızı qarşıladıq deyə üzərimizə sanksiya silahını çəkdi. Bu bir bəhanədir. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. Bizi özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bunu yaydıqları hesabatlarda da büruzə verirlər”.
Türkiyə Prezidenti qeyd edib ki, ölkəsi belə bir halla ilk dəfə rastlaşmır və indiki çətin vəziyyətdən çıxmaq üçün müdafiə sənayesi sistemini daha da gücləndirəcəklər: “Türkiyə 1974-cü ildə də Kipr məsələsində belə bir vəziyyətlə üzləşdi. İndiki müdafiə sənaye sistemimizin gəldiyi vəziyyətin başlanğıcı o vaxtdan qoyuldu. Türkiyə artıq bu cür sanksiyalarla məşğul olub qalmayacaq. Əlbəttə problemlərimiz olacaq, amma hər problem bizə daha başqa çıxış və həll yolları açacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 19 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"


























