Maskın qardaşı Tesla səhmlərini satdı, qiymət 5 faizdən çox düşdü
İlon Maskın (Elon Musk) qardaşı Kimbal Mask, 25,6 milyon dollar dəyərində 30 min Tesla səhmini satdıqdan sonra şirkətin səhmləri 5%-dən çox ucuzlaşıb. İlon Mask elektromobil istehsalçısı Teslanın qurucusudur.
Marja xəbər verir ki, ABŞ-ın sərmayə bazarlarına nəzarət edən orqana (SEC) verilən məlumata görə, Kimbal Mask 9 Fevralda 852,12 dollardan 30 min səhmini satıb. Teslanın səhmləri satışdan sonra 5,3% düşərək 804,82 dollardan bağlanıb.
Əməliyyatdan sonra Kimbal Maskın sahib olduğu səhmlərin sayı 599 min 740-a geriləyib, səhmlərin cəmi dəyəri isə 483 milyon dollar ətrafındadır. Bloomberg tərəfindən toplanan məlumatlara görə, Teslada işləyənlər şirkətin 19,6% hissəsinə sahibdirlər.
Teslanın səhmləri 2020-ci ildə 743% ətrafında bahalaşmışdır. 2021-ci ildə isə bu ana qədər 14% dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























