Pandemiyaya görə cibdə qalan pul - 5,4 TRİLYON DOLLAR
Bu rəqəm qlobal ÜDM-in təxminən 6 faizinə bərabərdir.Ötən ildən başlayan və bütün dünyanı cənginə alan koronavirus pandemiyasının gətirdiyi məhdudiyyətlər səbəbindən qlobal miqyasda qənaətlər və yığımlar 5 trilyon dolları keçib.
Marja xəbər verir ki, Qlobal İstehlakçı Əminliyi indeksi maraqlı göstəricilər açıqlayıb. Bir çox biznes sahələrinin, kafe və restoranların, iri ticarət mərkəzlərinin və səyahət üçün məkanların müxtəlif müddətə bağlanması uçuşların təxirə salınması, fərqli ölkələrə görə dəyişən spesifik karantn tədbirləri istehlakçıların daha az xərcləməsinə və banklarda daha çox depozitlərin yığılmasına səbəb olub. Təkcə ABŞ-da ev təsərrüfatlarının ötən illərə nisbətən daha az xərclədiyi vəsaitin həcmi 2 trilyon dollara yaxındır.
Bununla belə, cari ilin əvvəllərindən başlayaraq, qlobal miqyasda intensiv peyvəndləmə kampaniyası və bəzi məhdudlaşdırma tədbirlərinin yumşaldılması dünya iqtisadiyyatının bərpasına və istehlak bazarının canlanacağına dair optimist yanaşmaları artırıb. Məhz bu səbəbdən 2005-ci ildən dərc olunan Qlobal İstehlakçı Əminliyi indeksi 2021-ci birinci rübündə özünün indiyə qədərki maksimum həddinə - 108-ə çatıb (ötən ilin son rübündə bu rəqəm 98 idi).
Moody’s Analytics-in baş iqtisadçısı Mark Zandi hesab edir ki, əgər hazırda qənaət olunan vəsaitlərin təxminən üçdə bir hissəsi bu il ərzində xərclənsə, bu, 2021-ci il və növbəti il üzrə ümumi məhsul həcmini ən azı 2% artıracaq: “Ötən ildən bəri cilovlanmış tələbatın azad olması və iri həcmdə yığılıb qalmış izafi vəsaitlər qlobal vaksin proqramı və iqtisadiyyatların açılması fonunda bütün dünyada istehlak bazarını kifayət qədər canlandıracaqdır”.
Əksər aparıcı analitiklər də onunla eyni fikirdədirlər. Belə ki, Evercore ISI investisiya bankçılığı üzrə məsləhət şirkətinin iqtisadçısı Krişna Guha ötən il istehlak bazarında xərclənməyən vəsaitin Baydenin tətbiq etdiyi 1,9 trilyon dollarlıq stimullaşdırma paketi ilə birlikdə ABŞ iqtisadiyyatını dirçəltməyə yetəcəyini vurğulayır. İngiltərənin Barclays bankının analitiki Silvia Ardagna isə ev təsərrüfatlarının xərcləmələrindəki sürətli artımın əsasən ABŞ-da, qismən isə Böyük Britaniyada reallaşacağını proqnozlaşdırır. Goldman Sachs iqtisadçısı Jan Hatzius bir qədər fərqli yanaşma göstərərək, bildirir ki, ABŞ-da iri həcmli xərcləmələrin üçdə iki hissəsi əhalinin təxminən 40%-ni təşkil edən zəngin təbəqənin əlində cəmləşib və onların belə tezliklə kütləvi xərcləməyə gedəcəkləri barədə tələsik proqnoz verməyə dəyməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 14 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?



















