Rusiya ərzaq ixracını məhdudlaşdıra bilər
Rusiyanın İqtisadiyyat naziri Maksim Reşetnikov, qlobal qida qiymətləri artdıqca ixraca daha çox məhdudiyyət tətbq etmək çağırışını edib.Qiymət artımlarının şəkər və un kimi təməl məhsulların ölkə daxilində xərcinə əks olunmasının ardından Rusiyanın İqtisadiyyat naziri Maksim Reşetnikov, Rusiyanın təməl ərzaq məhsullarında ixrac məhdudiyyətlərinə davam etməyə hazır olduğu mesajını verib.
Marja xəbər verir ki, Reşetnikov, "Qlobal qida qiymətlərinin sabitləşdiyinin və zirvəyə çatdığının zəmanəti yoxdur" deyib. Məhsul proqnozları ilə əlaqədar hər hansı bir xəbərin qiymətləri yenidən yüksəldə biləcəyini ifadə edən Reşetnikov, bəzi qida maddələrinin qiymətində "ralli" yaşana bilmə ehtimalı olduğunu qeyd edərək, "Bu səbəbdən davamlı olaraq aqrar əmtəə bazarı ilə yaxından maraqlanırıq və lazım olduğunda bəzi tədbirlər görürük" deyib.
Rusiya dünyanın ən böyük taxıl ixracatçılarından biridir. Bu yaxınlarda ölkə taxıl ixracına yeni vergilərin tətbiqinə başlayıb.
Reşetnikov, gələcəkdəki hər hansı bir tədbirin ehtimalla daha yüksək vergilər şəklində olacağını da bildirib.
FAO qlobal qida qiymət indeksi son 12 ayda təxminən 40% artaraq May ayında az qala 10 ilin ən yüksək səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























