İlham Əliyevdən Soçidə "hazırıq" açıqlaması
"Azərbaycan Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamağa hazırdır”“Biz Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərini dəstəkləməsini yüksək qiymətləndiririk”.
Bunu Azərbaycan Prezdenti İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.
Dövlət başçısı rəsmi Bakının Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesi başlamağa hazırdır: “Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Delimitasiya prosesinə başlamağa hazırıq. Bundan başqa biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamaq üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik”.
Putin: "Soçidə Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi işinə başlamaq razılaşdırılır"
"Cənubi Qafqazda kommunikasiyaların açılmasında hər kəs maraqlıdır."
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.
Onun sözlərinə görə, Rusiya da regionda kommunikasiyaların açılmasında maraqlıdır.
“Biz yaxın qonşu ölkələrik. Bizim böyük həcmdə ticarət dövriyyəmiz var. Yaxın vaxtlarda sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işə başlamağı razılaşdırırıq. Bunun haqqında əlbəttə ki, bu gün danışacağıq. Aydındır ki, bu, çətin məsələdir, hələ Sovet İttifaqı dövründən qalıb, sərhədlər orada olmayıb. İmkan var ki, bu haqda danışaq”, - Rusiya dövlət başçısı vurğulayıb.
Paşinyan da bildirib ki, Ermənistan Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası üzrə danışıqlara başlamağa hazırdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
43 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















