“Bakcell”dən yeni internet paketləri
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ən populyar video platformalarından biri olan “YouTube”dan istifadənin kütləviliyini nəzərə alaraq abunəçilər üçün eksklüziv“YouTube”internet paketini istifadəyə verib.
Təqdim olunan yeni məhsul sayəsində Bakcell abunəçiləri video izlədikləri zaman sərf edilən internet trafikinə və ya balansdakı vəsaitə qənaətedə biləcəklər.
“YouTube” internet paketlərinin trafikin həcminə uyğun olaraq aşağıda qeyd edilən iki növü var:
Paketlər | Trafikhəcmi | Aktivləşdirməkodu | Qiymət |
YouTube 1 | 2 GB | *530*2000#YES | 2 AZN |
YouTube 2 | 5 GB | *530*5000#YES | 4 AZN |
Paketin istifadə müddəti 7 gün təşkil edir. Bu müddət bitdikdən sonra İnternetdən istifadə üçün xidmət haqqı abunəçinin tarifinə uyğun olaraq balansdakı vəsaitdən və ya mövcud internet paketindən çıxılacaq.
Qeyd edək ki, abunəçi “YouTube” internet paketini digər internet paketləri ilə paralel qaydada istifadə edə bilər. Bu halda əsas adi internet paketindən “Youtube” istifadəsi üçün trafik çıxılmayacaq.
Bu yeni məhsulunun daha bir üstün cəhəti ondan ibarətdir ki, abunəçi balansındakı “YouTube” üçün nəzərdə tutulmuş trafiki “Wi-Fi Hotspot” vasitəsilə digər cihazlarla da paylaşa bilərlər.
Bütün qeyd edilənlərə əlavə olaraq, internet paketindən istifadə edən abunəçilər “Bakcell”in pulsuz Wi-Fi xidmətindən faydalana bilərlər. Bu xidmətdən bir çox yerdə: restoran, mehmanxana, kafe, park və hətta taksilərdə (189 Taksi xidməti) istifadə etmək mümkündür. “Bakcell”in pulsuz Wi-Fi xidməti barədə ətraflı məlumat üçün keçid: https://www.bakcell.com/az/bakcell-wi-fi
Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş Bakcell gələcəkdə də ən innovativ mobil data məhsulları ilə abunəçilərini sevindirməyə davam edəcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
39 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 42 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























