III Maliyyə və İnvestisiya Forumu yekunlaşdı!
(®) “Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da III Maliyyə və İnvestisiya Forumu baş tutub.
“Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan forum 3 panel və 14 spikerin iştirakı ilə öz işini uğurla yekunlaşdırıb.
Tədbir zamanı əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forum KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun açılış nitqi ilə başlayıb. Daha sonra “Baker Tilly” şirkətində biznes məsləhət xidmətləri üzrə direktor Niyazi Abbasovun moderatorluğu ilə "İnvestisiya Strategiyaları" paneli ilə davam edib.
Panel zamanı Asiya İnkişaf Bankının investisiyalar üzrə baş inzibatçısı Sənan Şabanov, "AzFinans İnvestisiya Şirkəti"nin direktoru İntiqam Səfərəliyev, Azərbaycan Beynəlxalq Bankının Kiçik və Orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov və Zoom vasitəsilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Ruslan Xəlilov öz təcrübələrini bölüşüblər. Panel sonunda iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
II panel zamanı "Caspian Business Solution" şirkətinin təsisçisi Emin İsmayılovun moderatorluğu ilə baş tutub. "Vergi və Hesabatlılıq" panelində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, “KPMG Azərbaycan” şirkətinin vergi üzrə meneceri Ülvi Mehrəliyev, “PwC Avrasiya” şirkətinin texnologiyalar üzrə baş meneceri Fərid Qattal, "Good Finance" şirkətinin direktoru Vüsal Səlimov və "Accounting.Az" konsaltinq şirkətinin direktoru Ramin Ramazanov çıxış ediblər.
Forumun III paneli Finanzer MMC-nin təsisçisi Vüqar Poladovun moderatorluğu ilə baş tutub. "Maliyyələşmə Strategiyaları" panelində Asiya İnkişaf Bankının Özəl sektor əməliyyatları departamentinin investisiyalar üzrə baş mütəxəssisi David Urbaneja-Furelos, "AccessBank" QSC-nin İdarə Heyətinin üzvü İlkin Quliyev, Azərbaycab Respublikası Maliyyə Nazirliyi Aparatlnln Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktir müavini Rəşad Həsənov, “Paşa Holdinq” şirkətinin xəzinədarlıq və büdcələmə meneceri Əfqan Əfqanlı, “Accesbank”-ın idarə heyətinin üzvü İlkin Quliyev və “Azərbaycan Fintex Assosiasiyası”nın icraçı direktoru Azər Əkbərov maliyyə və investisiya sahəsinə aid fikirlərini bölüşüblər. Panel sonu iştirakçıları maraqlandıran suallar spikerlər tərəfindən cavablandırılıb.
Forumun sonunda iştirakçılara sertifikat təqdim olunub və lototron zamanı qalib gələn şəxslərə müxtəlif şirkətlər tərəfindən dəyərli hədiyyələr tədim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 17 d. əvvəl
-
20 d. əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
13 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Ən çox oxunanlar
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

















