İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
2026-cı ilin yanvar–may aylarında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 501 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat təşkil edib ki, bu da proqnozu 265,0 milyon manat və ya 1.6 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 milyard 825,3 milyon manat təşkil edərək proqnozdan 130,3 milyon manat və ya 1.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 534 milyon manat təşkil edərək proqnozdan 10 milyon manat və ya 0.4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edərək proqnozdan 2,6 milyon manat və ya 13.3 faiz, sair daxilolmalar 352,4 milyon manat təşkil edərək proqnozdan 227,4 milyon manat və ya 181.8 faiz çox, Dövlət Neft Fondundan transfert isə 5 milyard 350 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat təşkil edərək proqnoza qarşı 72.8 faiz icra olunub.
Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 milyard 852,7 milyon manat proqnoza qarşı 13 milyard 375,2 milyon manat məbləğində icra edilib ki, bu da 96.6 faiz təşkil edir. Büdcənin icrası nəticəsində 2 milyard 990,5 milyon manat artıqlıq (büdcə profisiti) yaranıb.
2026-cı ilin yanvar-may ayları ərzində icmal büdcənin gəlirləri 19 milyard 865,3 milyon manat, xərcləri isə 15 milyard 611,5 milyon manat məbləğində icra edilib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
38 d. əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
-
52 d. əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
2 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
Nazirə yeni müşavir təyin edilib
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib










.webp)












